{category-title}

Pullarınız OĞURLANA BİLƏR - Sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

 

İnternet dövrünün inkişaf etməsi, dünyada yeni problemlərin yaranmasına səbəb olur.

Sosial şəbəkər, portallar həyatımızı maraqlı etməklə yanaşı qanqaraçılıqlar da yaradırlar. Bu problemlərdən biri və təhlükəlisi fişinqdir. Artıq bütün dünya bu cür dələduzluğa qarşı mübarizə aparır. Bu problemlə üzləşən və əziyyət çəkən ölkələrin siyahısına Rusiya başçılıq edir. Belə ki,"Şimal qonşu"muzun Mərkəzi Bankı bugünlərdə sosial şəbəkələrdə oğurluq edən şəxslərin və qurbanlarının sayının artdığı ilə bağlı rəsmi məlumat paylaşmışdı.

Nədir fişinq?

Fişinq ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Belə ki, fırıldaqçı (fişer) internetdə "tələ" quraraq, bu tələyə düşən  istifadəçiləri aldatmaqla məşğuldur. O, müxtəlif üsullarla şəxslərdən bank hesablarını, kredit kartlarını və internetə çıxış üçün lazım olan informasiyaları öyrənir.

Fişinq kiberdələduzluğun xüsusi növüdür. İstifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməyə yönəlir. Dələduz bank saytı kimi görünən (və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi, məsələn, eBay - S.İ) saxta veb-sayt yaradır. Sonra cinayətkarlar istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, burada onlar loqin, parol və ya PIN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadları spamın köməyi ilə yayırlar.

Azərbaycanda da kifayət qədər internet və sosial şəbəkə istifadəçiləri var. Onlar bu problemlərlə üzləşirlərmi? Ölkəmizdə fişinq qurbanı olan banklar və ya bu cinayətkarlıqla mübarizə aparan qurumlar varmı?

Məsələ ilə bağlı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Redaktor.az-a açıqlamasında Azərbaycanın da fişinqdən əziyyət çəkən ölkələr siyahısında olduğunu bildirdi:

"Ölkəmiz də bu cür kibercinayətkarlıq hadisələrindən əziyyət çəkir.  Biz artıq bir neçə bankda belə bir problem yaşamışıq. Dünyanın bütün ölkələri fişinqdən əziyyət çəkir. Hazırda ölkəmizdən İKT-in inkişafı sürətlənir. İnternet bankçılıq və ödəmələr çoxalır. Banklar da bunu nəzərə alıb müştərilərinin təhlükəsizliyini nəzərə almalıdırlar".

Osman Gündüz fişinqlə mübarizə aparan dövlət qurumlarının da olduğunu bildirib:

"Baş verən proseslər göstərir ki, bu sahədə ciddi problemlər var. Bunlara nəzarət etmək lazımdır. Dövlət qurumları bu sahəyə diqqət ayırmalıdırlar. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizliyi Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti yanında Xüsusi Rabitə və İnformasiyalar Təhlükəsizliyi Dövlət agentlikləri daha çevik işləməlidirlər. Vətəndaşlar fişinqlə bağlı informasiyalar verilməldir. Xüsusən də Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adiyyatı qurumu bu məsələni tele kanallarda, radiolarda, sosial şəbəkələrdə qabartmalı və qarşısının alınması üçün səy göstərməlidir".

Ekspertin fikirlərinə əsasən söyləmək olar ki, Azərbaycanı da bu cinayətkarlıq  növü cənginə alıb. Bunun qarşısını almaq üçün xüsusi dövlət orqanları daha fəal olmalıdırlar. Ümumi araşdırmalar göstərir ki, ölkəmizdə bu işlə məşğul olan şəxslərin sayı olduqca azdır. Azərbaycana bu cür hücumlar əsasən xarici ölkə vətəndaşları tərəfindən edilir. Bunun qarşısının alınmaması gənc nəsil üçün təhlükəli fəsadlar törədə bilər. İnternetdən hər tərəfli yararlanmaq istəyən gənclərimiz belə kirli işlərə alət, texnologiyadan o qədər də anlayışı olmayan yaşlılarımız isə asanlıqla fişerlərin qurbanı ola bilərlər.

İlkin Sultanlı / Redaktor.az

Son xəbərlər

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlandı

Bütün xəbərlər