{category-title}
Gündəm / Olkə
5.09.2019, 13:18
Ağsuda yanğın olub, xəsarət alan var
Ağsu rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə Pressxeber.info-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumata görə, Ağsu rayonunda ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 5 m² sahədə və bitişik 56 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.