{category-title}

Eks-nazir: “Ermənistan-Azərbaycan arasında proseslər dəyişə bilər”

 

“Nə Azərbaycan, nə də Ermənistan ictimaiyyəti vasitəçi dövlətlərin – Minsk qrupunun həmsədrlərinin Qarabağ problemini həll edəcəyinə inanır”.

Bunu Modern.az-a Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar mövcud durumu şərh edərkən, sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov söyləyib. O qeyd edib ki, hər iki ictimaiyyətin inamsızlığı faktı həmsədrləri passiv mövqedə olmağa vadar edir:

“Minsk qrupu sadəcə olaraq, passiv siyasətini təsdiq etmək üçün heç bir şeyi həll etməyən görüşlər təşkil edir. Bu görüşlərin həqiqətən baş verməsi belə şübhə altındadır.

Digər tərəfdən, münaqişədə güc amili həmişə mövcud olub. Gücün istifadəsi nəticəsində ermənilər torpaqlarımızı işğal edib, indiyə qədər əldə saxlayırlar. Amma bu illər ərzində güclər balansında ciddi dəyişiklər baş verib. Azərbaycan ordusu, onun iqtisadiyyatı, imkanları inkişaf edib. Ermənistan isə demoqrafiq, iqtisadi , müdafiə və digər imkanlar baxımından geridə qalır. Amma bir məsələni də həmişə yadda saxlamalıyıq ki, xarici faktor amili burada həlledicidir. Yəni ermənilərin indiki işğalı saxlaya bilmələri Rusiyanın Ermənistana təhlükəsizlik qarantiyasından asılıdır. Ermənilər buna arxalanıb, işğalçı siyasətini davam edirlər”. 


T.Zülfüqarov hesab edir ki, Rusiya faktoru dəyişmək üzrədir:

“Ermənsitan –Rusiya əlaqələri problemlər içərisindədir. Görünür ki, Rusiya indiki Nikol Paşinyan administrasiyasını heç də qəbul etmir. Bunun nəticəsi olaraq, Rusiyanın təhlükəsizlik qarantiyalarının saxlanması da şübhə altındadır. İndiki vəziyyətdə elə məqam yarana bilər ki, Rusiya təhlükəsizlik qarantiyasını Ermənistan üzərindən götürər. Bu zaman ortaya yalnız güc balansı çıxacaq. Ermənistan-Azərbaycan arasında proseslər bizim xeyrimizə dəyişə bilər. Tezis şəklində təhlil bundan ibarətdir.  Amma proseslərin dəyişməsinə rəvac verəcək amillər ortaya çıxa bilər”.

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər