{category-title}

Uşaqpulu bərpa olunsun! - Milli Məclisdə məsələ qaldırıldı

 

"Uşaq əməyinin istismarı, onların insan alverinin qurbanına çevrilməsi ilə bağlı ciddi işlər görməliyik”.

Anews.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, hər kəsin hökumət qarşısında təkliflərlə çıxış etməsi vacibdir:
"O təkliflər nədən ibarət ola bilər?! Göstərilir ki, valideynlərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı tənbeh verilib. Bu, yetərli deyil. Bununla uşağın problemi həll olunmur. Bunun yolu odur ki, işlər aparılmalıdır. Təhsil Nazirliyinin "Məktəblinin dostu” layihəsi çərçivəsində burada iştirak edən məktəblilərimizlə əməkdaşlığı gücləndirməliyik. İkinci vacib məsələ odur ki, bu uşaqların böyük əksəriyyəti valideyn himayəsindən məhrum olanlardır.

Ona görə də ölkədə aliment fondunun bərpası haqqında düşünməliyik. İqtisadçıların hesablamalarına görə bu fondun təşkili üçün 12-13 milyon vəsait lazımdır. Bu həm də o vəsaitdir ki, dövlət özü büdcəsindən alimenti uşaqlara bu fond vasitəsilə ödəyir. Sonradan onu aliment ödəməyən valideyndən məcburi qaydada geri alır”.

Deputat uşaqpulunun bərpası barədə də təklif səsləndirib:

"Əlbəttə, istərdik ki, bu, 18 yaşadək bütün uşaqlara şamil olunsun. Ancaq daha realist yanaşma tələb edir ki, problem mərhələli şəkildə həll olunsun. 6 yaşadək uşaqların sayı 1 milyon nəfərə çatır, ən azı bu kateqoriyadan olan yoxsul və himayəsiz ailələrin uşaqlarının normal qida, müalicə və geyimlə təmin olunmasına xeyli yardımedici addım olardı. 
Uşaqpulunu mütləq bərpa etməliyik. Ən azından 6 yaşına qədər uşaqlar arasında bu pul bərpa olunmalıdır. Statistika göstərir ki, uşaqlar arasında yoxsulluq səviyyəsi 10 % təşkil edir. Ona görə də düşünmək lazımdır.

Ümid edirik ki, rəsmi məqamlar bu təklifləri müsbət yöndə dəyərləndirərək lazımi addımlar atacaq”.

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər