{category-title}

Yeni metrostansiyanın açılışı 2020-yə qaldı (RƏSMİ)

 1967-ci il noyabrın 6-da istifadəyə verilən Bakı Metropoliteninin hazırda 25 stansiyası,1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. 

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov modern.az-a tikintisi davam etdirilən stansiya və depolarla bağlı son məlumatları verib.

O qeyd edib ki, hazırda bütün diqqət Bənövşəyi xəttin 3-cü stansiyasının tikintisinə yönəldilib:

"Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın qarşısında, "Papanin” adlanan ərazidə tikintisi davam edən stansiyanın açılışı 2019-cu ilin sonu 2020-ci ilin əvvələrinə nəzərdə tutulub”.

B.Məmmədov bildirib ki, Memar Əcəmi stansiyasından B-3 (şərti ad) stansiyasına qədər olan tunellərə müasir qaydada yolun çəkilməsi başa çatmaq üzrədir:

"Həmin tunellər 7 vaqonluq qatar üçündür. Orada ilk dəfə dəmir-beton bloklardan istifadə olunur. Mövcud tunellərimizdə isə ağac şpallardan istifadə edilib. Həmin dəmir-beton blokları özümüz istehsal edirik”.

Qurum rəsmisinin sözlərinə görə, Xocahəsəndə Bənövşəyi xəttin, Dərnəgüldə Yaşıl xəttin ikinci deposunun tikintisi aparılır:

"Xocəsəndəki deponun 1112 metr uzunluğunda sağ tunelinin tikintisi aprelde başa çatdırılıb. Dərnəgüldəki deponun tikintisi davam etdirilir. Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi nəzərdə tutulub”.

Qeyd edək ki, perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. 19 stansiyadan ibarət olacaq xəttin hazırda 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə «İçərişəhər» stansiyasından sonra 4, "Həzi Aslanov" stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.

Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir. 

Perspektiv inkişaf planına uyğun olaraq, "28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərdə qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.

Uzunluğu 18,5 km olacaq yeni Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib.

Perspektiv inkişaf planına uyğun olaraq bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun tikintisi davam edir. 

Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək. 

Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanan xətt olacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.

Xatırladaq ki, ötən il qurumdan verilən açıqlamada şərti adı B3 olan stansiyanın 2018-ci ilin sonunda istifadəyə veriləcəyi açıqlanmışdı.

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər