{category-title}

Həmrəyliyin və vətəndaş birliyinin memarı — Mehriban Əliyeva

 

2016-cı ilin payızın əvvəllərində Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirildi və dövrün tələblərinə uyğun olaraq bir sıra yeniliklər qəbul olundu. Ən vacib yeniliklərdən biri də Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması oldu. Dövrün tələb və şərtlərinə uyğun olaraq belə bir təsisatın yaranması zərurətdən irəli gəlirdi. Çünki Azərbaycan cəmiyyətində, müxtəlif ictimai-siyasi qruplar tərəfindən həm referendum ərəfəsində, həm də sonrakı mərhələdə Mehriban Əliyevanın Birinci vitse-Prezident təyin edilməsi arzusu dilə gətirilirdi. 

İnsanların etimadı təsadüfi deyildi...

İnsanların bu sayaq istəklərini səsləndirməsi əslində  Mehriban Əliyevanın buna qədərki fəaliyyətinə verilən qiymət kimi də xarakterizə oluna bilər. Belə ki, onun həm Milli Məclisin fəal deputatı kimi dəfələrlə Amnistiya Aktlarının qəbul edilməsində, həm də Heydər Əliyev Fondunun Prezidenti kimi çox geniş şaxəli humanitar, sosial sahələrdə addımlarının nəticəsi olaraq ortaya çıxırdı. Buna qədər isə Mehriban Əliyeva özünü peşəkar təşkilatçı, insanların sosial problemlərinin həllinə dəstək verəcək proqramların təşəbbüskarı, belə layihələrin yerinə yetirilməsinə rəhbərlik edən siyasətçi kimi artıq tanıtmışdı. Bu baxımdan da heç kəsə sirr deyildi ki, 2017-ci ildə Mehriban Əliyevanın Birinci vitse-Prezident vəzifəsinə təyin edilməsi Azərbaycan cəmiyyətində çox razılıqla qarşılandı. Mehriban Xanım dövlətdə ikinci Şəxs kimi fəaliyyətə başlayandan qısa müddət sonra özünə bəslənən ümidləri yüksək səviyyədə doğrultdu. Şübhəsiz ki, bunun konkret səbəbləri var idi.  

 

Image result for Mehriban Əliyeva


Əvvəla, Mehriban Əliyeva dövlətin bir çox vacib sahələrinə məsul olan şəxs kimi həmin sferalarda insanların maraqlarına cavab verən yüksək nəticələrə nail oldu. Sosial sahədə həssas olan bir sıra problemli məsələlər Mehriban Əliyevanın bacarığı sayəsində öz həllini tapdı, yeniliklər tətbiq edildi. Şəhid ailələri ilə görüşlər, əlillərin problemlərinin həllinə onun həssas münasibəti cəmiyyətin dövlətçil siyasətçiyə olan etimadını artırırdırsa, digər yandan Mehriban xanımın Qarabağ münaqişəsinə münasibətdə mövqeyinin göstəricisi idi.


Eyni zamanda, ayrı-ayrı vətəndaşların sosial problemlərinə yaxından diqqət və qayğı göstərildi. Təsadüfi deyil ki, bu gün cəmiyyətdə gündəmə gətirilən istənilən ictimai müzakirələrə Mehriban Əliyeva çox operativ reaksiya verir. Kiminsə mənzil, kiminsə, təhsil, kiminsə də müalicə məsələləri həll edilir. İnsanların çağırışlarına belə isti münasibət göstərməsi nəticəsində vətəndaşlar Mehriban Əliyevanın timsalında ölkə Prezidenti İlham Əliyevə ən böyük dəstək verən görkəmli dövlət xadimini görür.

 

Image result for Mehriban Əliyeva


Mehriban Əliyeva Azərbaycanda mədəniyyətin, idmanın, təhsilin inikişafına böyük töhfə verir. Onun şəxsi təşəbbüsü sayəsində Azərbaycan təhsilinə bir sıra yeniliklər edildi, təhsilimizin idarəedilməsində Avropa standartları tətbiq olunmağa başladı. İldən-ilə Azərbaycanda təhsillə bağlı yeniliklər müşahidə olunur. 


Bu gün Mehriban Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına və inkişafına böyük dəstək verilir. Digər sahələr kimi, mədəniyyətimizin inkişafında da onun misilsiz xidmətləri var. 


Azərbaycanın ayrı-ayrı tarixi və mədəniyyət abidələrinin, həmçinin, Şəki Xan Sarayının, Azərbaycan muğamının dünyada tanıdılması YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınması bilavasitə Mehriban Əliyevanın əməyinin bəhrəsidir.

 

Related image


Təsadüfi deyil ki, bu ilin aprelində Azərbaycanın maddi mədəniyyət abidələrindən biri olan İçərişəhərdə Qala divarları qarşısında tikilən restoranın damında söküntü işlərinə Mehriban xanım dərhal reaksiya vermişdi. Onun məsələyə müdaxiləsindən sonra həmin tarixi abidə dağılmaq təhlükəsindən xilas olmuşdu. Həmin ərəfədə Birinci vitse-prezident daha bir tarixi yerin – Bakının Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən, 1913-cü ildə molokanlar üçün ibadət evi kimi tikilmiş binanın qorunması barədə də mühim tapşırıqlar verdi. Onun bu cür həssas məsələlərə olduqca diqqətcil yanaşması əslində Mehriban Əliyevanın Azərbaycanın və paytaxt Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması ilə bağlı təşəbbüslərini hər birimiz üçün prioritet məsələyə çevirib. Bəlkə də buna görədir ki, xalqımız Birinci Xanımın bu cür addımlarına xilas yolu kimi baxırlar. 


Mehriban Əliyeva həm də cəmiyyətimizdə vətəndaş həmrəyliyinin və milli birlik faktorunun güclənməsinə böyük təkan verir. Bu günlərdə Azərbaycanın keçmiş Prezidenti mərhum Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın dünyasını dəyişməsi xəbəri Mehriban Əliyeva tərəfindən çox həssaslıqla qarşılandı, onun dəfninin xərcləri Heydər Əliyev Fondu tərəfindən qarşılandı. Həmçinin Həlimə Əliyevanın cənazəsinin Naxçıvana aparılması üçün xüsusi təyyarə ayrıldı. Azərbaycanın tanınmış dövlət xadimləri və onların ailə üzvləri ilə bağlı Mehriban Əliyevanın bu cür hümanist addımları dövlətçilik adət-ənənələrinin yaradılmasında mühüm rol oynayır. Və ilk belə hadisə deyildi.

 

Related image


Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun 2012-ci ildə Azərbaycana qayıtmasında da Birinci vitse-Prezidentin rolu danılmazdır. Həmçinin Mütəllibovun oğlu Azad Mütəllibovun müalicəsi də məhz Fond tərəfindən həyata keçirilmişdi. Bütün bunlar vətəndaşın probleminin şəxsən Mehriban Əliyevanın diqqətində olması qənaətinə gəlməklə yanaşı onun cəmiyyətdə birləşdirici  siyasətçi obrazını yaradır. 


Mehriban Əliyeva eyni zamanda Azərbaycan dövlətini dünyada yüksək səviyyədə təmsil edir, ölkəmizin milli problemlərini gündəmə gətirir. Mehriban Əliyevanın ölkə Prezidenti ilə bölgələrə səfəri zamanı hansısa məsələlərin həllində yaxından iştirakı, həmin məsələlərə operativ reaksiya insanların dövlətdən razı qalmasına gətirib çıxarır. Bu baxımdan Mehriban Əliyevanın Birinci vitse-Prezident təyin edilməsi və indiki yorulmaz fəaliyyəti həm də Prezident İlham Əliyevin uğurlu daxili-xarici siyasət həyata keçirməsini asanlaşdırır. Bu isə cəmiyyətimizdə dövlətə inamın və bağlılığın daha güclənməsini təmin edir. 

 

Image result for Mehriban Əliyeva Əbülfəz Elçibəyin xanımı


İndi xalqımız Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının müdrikliyini, böyüklüyünü, onun hər bir vətəndaşa həssas yanaşmasını görür. Şübhəsiz ki, insanları narahat edən sosial problemlər Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsində həllini tapır. Ancaq bu problemlərin həllində ölkə başçısına ən böyük dəstəyi məhz Mehriban xanım Əliyeva verir.  

P.S. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ad günüdür.  

Son xəbərlər

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Bütün xəbərlər