{category-title}

Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb

 

 

Dünyada qızılca xəstəliyi sürətlə yayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, 20 milyon insanın həyatı risk altındadır.

2019-cu ilin altı ayı ərzindəki statistika göstərir ki, qızılca xəstəliyi 2006-cı ildən bu yana pik həddə çatıb.

Qızılca xəstəliyinə yoluxma bəzi insanlarda ağır xəstəliklərə, ölümə və əlil olma hallarına gətirib çıxarıb.

Bu xəstəliyin ağır keçməsinin səbəblərindən biri də peyvəndlənmənin həyata keçirilməməsidir.

ÜST və UNICEF-in bu ilin iyul ayında açıqladığı hesabatda göstərilib ki, uşaqların 86 faizinə qızılcaya qarşı birinci doza peyvənd vurulub. 69 faizi isə ikinci dərəcəli dozada vaksin olunub. Bu isə o deməkdir ki, 2018-ci ildə 20 milyon uşaq  peyvəndlənməyib.

2019-cu ilin yanvar-iyul aylarının statistikasına görə, 182 ölkədə 364 808 qızılcaya yoluxma halı qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə 181 ölkədə 129 239 nəfər qızılca xəstəliyinə tutulub.

Ümumiyyətlə, 2016-cı ildən etibarən qızılca xəstəliyi daha da artır.

Bu il Konqo Demokratik Respublikası, Madaqaskar və Ukraynada qızılca daha çox yayılıb. Anqola, Kamerun, Çad, Qazaxıstan, Nigeriya, Filippin, Cənubi Sudan, Sudan və Taylanda isə qızılca ilə bağlı vəziyyət kritik həddə çatıb.

ÜST-nin məlumatına görə, 2019-cu ildə Amerika Birləşmiş Ştatlarında qızılcaya yoluxma halı son 25 ildə ən yüksək göstəriciyə çatıb. Avropada isə 90 minə yaxın şəxs qızılcaya yoluxub. 2018-ci ildə bu rəqəm 84 462 olub.

Azərbaycan Səhiyyə Nazirliyi ölkədə qızılca xəstəliyinə görə epidemioloji vəziyyət barədə Oxu.Az-ın soğrusunu cavablandırıb.

Nazirlikdən bildirilib ki, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, həmçinin Azərbaycanla sərhəd olan Rusiya Federasiyası və Gürcüstanda qızılca xəstəliyi alovlanıb.

Qeyd olunub ki, həmin ölkələrlə intensiv miqrasiyanın mövcudluğu nəticəsində 2018-ci ilin noyabr ayından başlayaraq Azərbaycan əhalisi arasında, əsasən, 20-40 yaşlı insanlar  arasında qızılca xəstəliyi qeydə alınmağa başlanıb.

"Sanitariya-epidemioloji xidmət orqanları tərəfindən hər bir qızılca xəstəliyi aşkar edilən xəstəlik ocaqlarında epidemioloji təhqiqatlar aparılıb.

Xəstələrin digər sağlam şəxslərlə təmasının məhdudlaşdırılması, maarifləndirici işlərin aparılması, müalicə idarələri tərəfindən xəstələrin vaxtında və effektiv müalicəyə cəlb edilməsi nəticəsində xəstəliyin geniş əhali kütləsi arasında yayılmasının qarşısı alınıb. Aparılmış səmərəli profilaktik və müalicə tədbirləri nəticəsində xəstəliyin ciddi ağırlaşmaları qeydə alınmayıb.

Qısa müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən böyük yaşlı əhalinin peyvənd olunması üçün  ölkəyə qızılca-məxmərək əleyhinə vaksin gətirilib. Cari ilin mart-aprel aylarında ölkənin bütün ərazisində 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyinə qarşı təmizləyici immunlaşdırma tədbirləri aparılıb", - deyə Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunub ki, bununla yanaşı, uşaq və yeniyetmələr arasında qızılcaya qarşı peyvəndlə əhatə olunma tədbirləri də gücləndirilib:

"Nəticədə, 2019-cu ilin mart ayından başlayaraq xəstəliyin səviyyəsində azalma müşahidə olunub və iyulda cəmi iki hal qeydə alınıb".

Son xəbərlər

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlandı

Bakıda yenidən qurulan parklanmada qiymətlər...

Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır edir – BƏYANAT

Bütün xəbərlər