{category-title}

 Acıqlanmıram o adamlara! Acıyıram hallarına. Və...Nəhayət!..

 

Artıq, çox adama bəllidir ki, biznesdə bankrota uğramaqla bir neçə yaxınımı - xalamı, yoldaşını, dayımı, daha sonra anamı itirməyim üst-üstə gəldi. Azar kimi batmanla gələn dərd kimi daha sonra ağır xəstəliyim gəldi - iki böyrəyimin eyni anda fəaliyyətinin dayanması. Xəstəlik fəsadları fonunda dərin depressiv vəziyyət yaratmışdı. Yuxululuq, həyatdan küskünlük, özünə qapanma, evdən bayıra çıxa bilməmək kimi məziyyət. Buna eşidən, bilən, tanıyan və cəmiyyətin əksər hissəsi ictimailəşmənin fonunda şahidlik elədi. Bir müddət sonra isə, hamı məni aktiv, ayaqda gördü. Vəzifəyə təyin olunmam, idmana başlamam, siyasi-ictimai fəaliyyətimin irəliləməsi, sosial şəbəkədə aktivlik və s. Bunu cəmiyyətimiz heyrətlə və şövqlə qarşıladı. Lakin, haqqımda "Xəstə deyildi", "Camaatla oynadı", "Insanları aldatdı" kimi fikirlər səsləndirənlər də oldu. Və son günlər daha çox eşitdiyim bu fikirlər təəssüf dedirtməklə yanaşı, bu yazını yazmağımın səbəbi oldu! Acıqlanmıram o adamlara! Acıyıram hallarına. Və...Nəhayət!.. Bu gün ayaqdayamsa, pozitivliyimin, əzmimin, dəyanətimin, mətanətimin, həyata, insanlara olan sevgimin sayəsində ayaqdayam! Bunu dəqiq anlayıram və bilirəm! O cür düşünən adamların bəziləri ön yargılı, bəziləri cahil, bəziləri də bədniyyətli adamlardır! Acıdığım, narahat olmadığım, nifrət eləmədiyim, xoşgörülü olduğum üçün də hər dəfə çətinliklərə necə üstün gələ bildiyimin sirrini bir neçə cümlə ilə bölüşmək istəyirəm! Hələ uşaqlıqdan anlamışdım ki, həyatda çox şey - xəstəliklər, istəklərin yerinə yetməsi, ən əlçatmaz arzuların gerçəkləşməsi insan beynində olan bir siqnala bağlıdır. Uşaq vaxtı bir hekayə oxumuşdum. Uça bilmək belə istəyə bağlıdır. Sadəcə, məsələlərin həlli onu nə qədər möhkəm, içdən istəməyə bağlıdır. Bir sözlə, "Net bezvıxodnıx polojeniy, stoit tolko silno zaxotet!" rus deyiminə özünü monolit inancla bağlamış, bu gün də bu məntiqlə yaşayan adamam. Bütün istəklərim, arzularım, əməllərimin də bir ucunda bu məfhum durur. Düşüncələrimizdən, fikirlərimizdən ibarətik! Düşüncə materiyadır. Xəyal gerçəkliyin skeletidir! Dediklərimin reallığını istənilən dostumuz yoxlaya bilər. Şərt bir dənədir. Insansanmı? Vicdanın varmı? Pislik istəmirsən ki, adamlara? Belədirsə, başlamaq olar! Bunun üçün ilk öncə, qəlbdən, içdən istəməyin nə olduğunu anlamaq lazımdır - yəni, möhkəm istəməyin nə olduğunu anlamaq, onun təxmini, 100 ballıq şkalasını müəyyən eləmək! Daha sonra, daha içdən, daha çox, daha möhkəm istəyə bilmək üçün, onu məşq etməklə təkmilləşdirmək, formalaşdırmaq lazımdır! Bundan sonra isə, istəyə bilərsiniz. Istəməyi bilirsinizsə, veriləcəyinə də əmin olmalısınız! Inanın, alınacaq! Mümkün olmayan, alınmayan heç nə yoxdur! Bəd düşüncəli, oldu-olmadı adamlara qara yaxmağa çalışan dostlara isə, deyirəm ki, bu sizə xeyir verməyəcək! Ondansa elə indidən təlimatım üzrə məşqə başlayın! Haydı! Bir saqqızın məşhur reklamında necə deyilirdi??! "Nazar etmə nə olur, istə, sənin də olur!

 

Vüsal Səid

 

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər