{category-title}

Azərbaycan Turizm Bürosu Rusiya və Almaniya turagentlərinə onlayn təlimlər keçəcək

 

Azərbaycan Turizm Bürosu Rusiyanın tanınmış “Profitravel” onlayn təlim portalında yeni layihəyə başlayıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, təkcə rusiyalı deyil, eyni zamanda qazaxıstanlı və özbəkistanlı turagentlərin də üzv olduğu portal vasitəsilə cari ilin sonunadək 3 təlim keçiriləcək. Layihə çərçivəsində MDB ölkələrindən 5000-ə yaxın turagent portalın Azərbaycana həsr olunmuş səhifəsində qeydiyyatdan keçərək onlayn təlimlərdə iştirak edəcək.

Təlimlər Bakı və digər şəhərləri əhatə etməklə ölkənin əsas turistik obyektləri ilə tanışlıq, ekskursiya turları, sağlamlıq və qış turizmi kimi mövzuları ehtiva edəcək.

Azərbaycan Turizm Bürosu eyni zamanda Almaniyanın tanınmış “FVW Academy” onlayn təlim portalı ilə əməkdaşlığa start verib.

Almandilli auditoriyanın turagentliklərini və turoperatorlarını əhatə edən layihə 2020-ci ilin iyul ayının sonunadək davam edəcək və il ərzində bu haqda 5000-dən çox abunəçiyə bir neçə dəfə bülleten formasında xəbərlər göndəriləcək.

Portalda ölkənin əsas turistik obyektləri ilə tanışlıq, ekskursiya turları, şərab turları, biznes turizmi, Azərbaycanın təbiəti və mədəniyyəti haqqında məlumat və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zengstşmidin müsahibəsi yerləşdirilib.

Hər iki təlim portalında müvafiq test mərhələlərini uğurla adlayan iştirakçılar onlayn sertifikat əldə etməklə Azərbaycan turizmi üzrə ixtisaslaşmış turagent olaraq fəaliyyət göstərə biləcəklər. Rusiya turagentlərindən ən yaxşı nəticə göstərmiş 10 iştirakçının Azərbaycana tanışlıq səfəri təşkil ediləcək. Almandilli auditoriya üzrə fərqlənən iştirakçılar isə lotereya oyunu əsasında hədiyyə qazanacaqlar.

Son xəbərlər

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Rüfət Əzizov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Bütün xəbərlər