pressxeber.info
pressxeber.info

Xaçmazda dəhşətli QƏZA: ölən və yaralananlar var

14 dəfə baxılıb 16-08-2019, 10:46

Xaçmazda dəhşətli QƏZA: ölən və yaralananlar var

 

 

Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Anews.az-ın mlumatına görə, Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində əks istiqamətlə hərəkət edən iki minik avtomobilinin toqquşması nəticəsində Xaçmaz rayon Mərkəzi Xəstəxanasına 6 nəfər çatdırılıb.

Yaralılar - Quba rayon Birinci Nügədi kənd sakini, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri – 26 yaşlı Arif Əmrəli oğlu Eyyubov, 37 yaşlı Fərhad İmran oğlu Eyyubov, 27 yaşlı Orxan Məhəmməd oğlu Pirimov və 28 yaşlı Sadıq Sarvan oğlu İskəndərovdur. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Xəstəxanada hazırda bir nəfər qalıb - 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərova sağ diz oynağının əzilmiş və cırılmış yarası, hər iki dirsək sümüyünün sınığı, çənənin əzilmiş cırılmış yarası diaqnozu qoyulub.

Xəstəxanadan Trend-ə bildirilib ki, yaralılardan Quba rayon Birinci Nügədi kənd sakini, 57 yaşlı Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi