{category-title}

Baş məşqçi məğlubiyyətdə özünü günahlandırdı

 "Oyun istədiyimiz kimi alınmadı. Rəqib bütövlükdə yenə müdafiə olundu. Əlbəttə, bugünkü məğlubiyyətdə özümü günahlandırıram. Məncə, komandama nəyisə çatdıra bilmədim ki, daha ürəklə döyüşsünlər".

Modern.az  "Report"a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin İsraildə "Bney Yehuda"ya 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, çatışmayan cəhətləri dəyişmək lazımdır: "Oyunçulara tapşırmışdım ki, səbrli olsunlar. Buna rəğmən, qapımızdan erkən qol buraxdıq. Sonradan isə anlaşılmazlıqdan daha bir qol buraxdıq. Çalışırdıq ki, oyun istədiyimiz kimi getsin. Amma rəqib müdafiə olunur, boşluqlar buraxmırdı. Biz isə uzun ötürmələrdən yararlanmağa çalışırdıq. Amma bu, alınmadı. Artıq Premyer Liqa start götürür. Bəzi dəyişikliklər etmək lazımdır".

Bordin komandasında hücumlar zamanı panika yaşamaları fikri ilə razılaşmayıb: "Qol buraxan komandanın dönüş yaratmaq istəyi normaldır. Biz də buna çalışırdıq. Mərhələ keçməmək üzücüdür. Buna çox inamım var idi. Çalışmalıyıq ki, özümüzü motivasiya edək və çempionata yaxşı başlayaq".

Baş məşqçi ilk matçla müqayisədə rəqbin daha dərindən müdafiə olunduğunu bildirib. Vangelis Platellas və Rəhman Hacıyevi cinahlardan asmalar etdiyi üçün irəli buraxdığını söyləyib.

Son xəbərlər

Ayrılan pullar bizə çatmır - Zelenski

Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır

Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

Kreml Puqaçova ilə bağlı açıqlama yaydı

“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR

Milli Məclisin növbəti iclasının TARİXİ

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Bütün xəbərlər