{category-title}

Nikahdankənar doğulan uşaqlarda SOYAD PROBLEMİ - Atalığın müəyyən olunması

 

Azərbaycanda son illər nikahdankənar 300 minə yaxın uşaq doğulub.

Əvvəllər qeyri-rəsmi nikaha yanaşma çox sərt idi. Zaman keçdikcə bu sərtlik adi normal hal kimi qəbul edildi. Son illər nikahdankənar uşaqların sayının artması da  buna əyani sübutdur. Bu uşaqların ümumi statistikasında isə qızlarla müqayisədə oğlan uşaqlarının sayı daha çoxdur.  Nikahdankənar doğulan uşaqlarla bağlı maraq doğuran amillərdən biri soyad problemidir.

Qeyri-rəsmi nikahdan doğulan uşaqların soyad məsələsi necə həll olunur?

“Sağlam Toplum” İctimai Birliyinin sədri, jurnalist-sosioloq Lalə Mehralı Redaktor.az-a açıqlamasında bildirib ki, son illər  gənc qızların aldadılaraq evli kişilərdən uşaq dünyaya gətirməsi cəmiyyətimizdə ciddi problemlərdən birinə çevrilib:

“Nikahdankənar doğulanların əksəriyyəti evlənən, amma rəsmi nikaha düşməyən ailələrin uşaqlarıdır. Cəmiyyətimizin milli düşüncəsinə görə, toy edən şəxslər artıq evli sayılır. Əslində isə dövlət ailəni rəsmi nikaha daxil olandan sonra qəbul edir. Rəsmi nikah isə uşağın bağçaya və ya məktəbə gedəcəyi vaxt yada düşür. Belə ki, “metirka” dediyimiz sənədi almaq üçün tərəflər rəsmi nikaha girməyi lazım bilirlər. Lakin evlilikdən kənar doğulan uşaqların da sayı az deyil. İnsanlar rəsmi nikahın mahiyyətini dərk etsəydi, bu gün nikahdankənar doğulanların sayı 300 minə çatmazdı. Bəzi cütlüklər rəsmi nikahı adi kağız parçası hesab edirlər. Halbuki bu düşüncə çox yanlışdır. Rəsmi statistikaya daxil olaq üçün nikah çox vacibdir”.

Soyad məsələsi ilə bağlı vəkil Xəyal Bəşirov isə qeyd edib ki, doğum haqqında şəhadətnamədə soyada ata adı qismində uşağın anasının dediyi ad yazılır:

“Atalığın müəyyən edilməsi ilə bağlı gələcəkdə hər hansısa problem yaranarsa, ata kimi qələmə verilən şəxs iddia qaldıra bilər. Nəticədə atalığın müəyyən olunması ilə bağlı məhkəmə prosesi olur və DNT analizi verilir. Ümumilikdə uşağın bioloji atası olmayan şəxs uşağın atası qismində qələmə verilməyə razıdırsa, bu istək nəzərə alınır.

Nikahdankənar doğulan uşaqların hüquqlarının reallaşmasında müəyyən çətinliklər yaşanır

Qanunvericiliyə əsasən, qeyri-rəsmi nikahdan doğulan uşaqların hüquqları ilə rəsmi nikahdan doğulan uşaqların hüquqları bərabərdir. Yəni, qanunda rəsmi nikahdan doğulan uşaq üçün nəzərdə tutulan hüquqlar qeyri-rəsmi nikahdan doğulan uşağa da şamil olunur. Sadəcə təcrübədə bu hüquqların reallaşmasında müəyyən çətinliklərin yaşandığı müşahidə olunur. Çünki rəsmi nikahda ata və ana dəqiq bilinir və gələcəkdə uşağa qarşı hansısa qanun pozuntusu olarsa, qanun qarşısında məsuliyyət daşıyırlar. Qeyri-rəsmi nikahda isə atanın adı ananın razılığı ilə yazılır. Ona görə də həqiqətən də uşağın atası olmayan şəxsin adını yazdıra bilər”.  

 

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər