{category-title}

"Dəvətnamə dalınca getmişdim, gördüm molla oturub "Yasin" oxuyur" — Bakıda film kimi hadisə

 

Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 11 ünvanında yerləşən "Leyla" şadlıq sarayının administratoru toy sahiblərinə qarşı dələduzluq edib.

"Ölkə.Az" xəbər verir ki, bu barədə "report"a şadlıq sarayında toy etmək istəyən şəxslər məlumat veriblər.

Bildirilib ki, şadlıq sarayının Akif adlı administratoru bu ilin iyun, iyul və avqust ayının əksər günləri üçün orada toy etmək istəyən 100-ə yaxın şəxsdən beh alaraq toy günü təyin edib.

Daha sonra aldığı behləri götürərək qaçıb. 

Şadlıq sarayı isə iyul ayının ortalarında bağlanıb və 10 gün ərzində sarayda müəyyən dəyişikliklər edilərək mərasim evi kimi fəaliyyətə başlayıb.

"Leyla" şadlıq sarayında avqustun 4-nə toy təyin edən şəxsin sözlərinə görə, toya 10 gün qalmış saraya yaxınlaşıb və sifariş verdiyi dəvətnamələri götürüb.

Lakin əlavə dəvətnaməyə ehtiyac olduğundan bir gün sonra yenidən şadlıq sarayına gələn toy sahibi gördüyü mənzərədən şoka düşüb və huşunu itirərək yerə yıxılıb:

"Gəlib gördüm ki, şadlıq sarayında hüzr mərasimidir, molla oturub "Yasin" oxuyur. Soruşdum ki, bu nə məsələdir? Dedilər ki, bura 1 həftədir mərasim evi kimi fəaliyyətə başlayıb.

Maraqlandım ki, məndən və mənim kimi 100-ə yaxın şəxsdən beh alan sarayın Akif adlı administratoru pulları götürərək aradan çıxıb".

Zərərçəkən əlavə edib ki, sarayın önündə "şadlıq sarayı" sözü sökülüb, yerinə "mərasim evi" yazılıb: "Sarayın içərisi mərasim evinə uyğun şəkildə hazırlanıb və təmir işləri aparılırdı.

Orada çalışan ustalar bildirdilər ki, hər gün 10-a yaxın toy sahibi saraya gəlir. Sarayın sahibinin baş verən hadisələrdən administratorun yoxa çıxdığından sonra məlumatı olub.

O, iki ay əvvəl administratora toy üçün sifarişlərin götürülməsini dayandırmağı və kimdən beh alıbsa qaytarmağı tələb edib. Administrator isə qaçıb".

Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına müraciət edib-etmədiyi məlum deyil. 

Son xəbərlər

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Prezident Rusiyadadır

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Bütün xəbərlər