{category-title}

“Sədərək” yanğınında dəyən ziyan milyonlarla ölçülə bilər

“Sədərək” ticarət mərkəzində ötən gün baş vermiş güclü yanğın nəticəsində 10-dan çox anbar kül olub. Hazırda ərazi polis nəzarətindədir, yanğının baş vermə səbəbini araşdırmaq üçün istintaq qrupu hadisə yerində araşdırma aparır. 

Virtualaz.org saytının əməkdaşları hadisə yerindən xəbər verirlər ki, yanğının bürüdüyü anbarlardan və mağazalardan çıxarılmış mallar küçəboyu yığılıb, bəziləri tüstüdən, yaxud sudan yararsız hala düşüb. Mallar sahibkarların iştirakı ilə bu gün tezdən iritutumlu yük maşınları ilə daşınır. 

Yanğın ərazisinə jurnalistlər buraxılmır, foto və məlumat üçün ticarət mərkəzinin rəhbərliyinin icazəsi tələb olunur. Zərərçəkmişlərdən biri deyir ki, onlara kənar şəxslərə məlumat verilməməsi ilə bağlı xəbərdarlıq edilib. Onlar da ehtiyatlı davranmağa çalışırlar, əks halda obyektləri əlindən alına, yaxud yer haqqı bahalaşdırıla bilər. 

“Mənim obyektim yanmayıb, amma baxın, mallar suyun altında qalıb, yararsız hala düşüb”, -yanğının baş verdiyi əraziyə yaxın mağazalardan birinin sahibi deyir və əlavə edir ki, ona obyekti boşaltmağı tapşırıblar.

“Təxminən axşam saat 4-5 olardı. Bir də gördüm ki, anbarların birindən qatı tüstü çıxır. Obyektlər bir-birinə yaxın yerləşdiyindən alov tez bir zamanda yayıldı. Ehtimal edilir ki, parfümeriya mağazasından başlayıb, tezalışan mallar olduğu üçün qarşısını ala bilməyiblər”- sahibkar danışıb.

Satıcılardan biri isə and-aman edir ki, ən azı 16 anbar yanıb, amma cəmi 7-8 mağazanın yandığını söyləyirlər. Heç kimi əraziyə yaxın buraxmırlar, deyirlər ki, yanğından salamat çıxmış malların oğurlanmasından çəkinirlər. “Kimin obyekti sığortalanıb, az-çox kömək edirlər. Bu ticarət mərkəzində dəfələrlə belə hadisə baş verib. Amma yenə də əksəriyyətin sığortası yoxdur”,-satıcı söyləyib. 

Yanğın nəticəsində dəymiş zərər hələlik hesablanmayıb, kimi ona dəyən zərərin 1 milyon manatdan yüksək olduğunu, kimi də 600-700 min manata çatdığını söyləyir. Belə olsa ümumi ziyan milyonlarla hesablana bilər.

Sahibkarların söhbətini dinləyirik, biri danışır ki, mağaza qonşusu dərs mövsümünə görə xaricdən dəftər-kitab, məktəb ləvazımatları gətirib, anbarı doldurub, hamısı da kül olub. Birinin parfümeriya, digərinin çilçıraq mağazası yanıb.

Malların yanğın yerindən çıxarılmasında polislər və FHN əməkdaşları xüsusi aktivlik göstəriblər. Şahidlər deyirlər ki, sahibkarlardan biri həyəcanlı halda obyektə girib mallarını çıxarmağa çalışıb. Məhz polislərin çevikliyi nəticəsində təşvişə düşmüş sahibkarı xilas etmək mümkün olub. 

“Ətrafı alov qarışıq qatı duman bürümüşdü, kimi canın, kimi malın dərdindəydi. Nə qədər adam burdan ailəsinə çörək aparırdı, illərlə yığılan malların bir gündə kül olması sözlə ifadə edəcək bir şey deyil”,-ticarət mərkəzinin əməkdaşının köməyi ilə bizi ərazidən məcburi uzaqlaşdırırlar.

Xatırladaq ki, FHN-in yaydığı rəsmi məlumata görə yanğın cəmi 900 kvadratmetr sahəni əhatə edib. Yanğının qarşısı alınarkən polislər və FHN əməkdaşları arasında tüstüdən zəhərlənənlər olub, amma insan itkisi yoxdur.
  

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər