pressxeber.info
pressxeber.info

Daxili işlər naziri Qubada vətəndaşları qəbul edib

225 dəfə baxılıb 7-07-2018, 15:18

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri, general-polkovnik Ramil Usubov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 7-də Quba şəhərində vətəndaşları qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan 23 vətəndaşla görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Qəbulda iştirak edən vətəndaşlar bölgələrdə mütəmadi keçirilən belə görüşlərin təşkilinə, dövlət orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə diqqətlə və həssas yanaşılmasına görə Prezident İlham Əliyevə minnətdarlıq edib, dövlətimizin başçısına Azərbaycan Respublikasının tərəqqisinə, beynəlxalq imicinin daha da yüksəldilməsinə yönəlmiş siyasətini bundan sonra da dəstəkləyəcəklərini bildiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ocak 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi