{category-title}

Azərbaycanlıları Gürcüstana aparan 3 səbəb - Baha manat, ucuz xidmət və leqal kazino

 Azərbaycandan Gürcüstana səfər edənlərin sayı iyun ayında 167 529 nəfər təşkil edib. 

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə yollananların sayı 13% artıb. Hesabat ayında Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 212 981 nəfərlə Rusiya, üçüncü yerdə isə 156 117 nəfərlə Türkiyə qərarlaşıb. Gürcüstana gedən rusiyalıların sayında 24%, Türkiyə vətəndaşlarının sayında isə 38% artım qeydə alınıb. 

Maraqlıdır, Gürcüstan niyə azərbaycanlılar üçün bu qədər cəlbedicidir? Səbəb gözəl təbiət, xarici ölkə həvəsi, yoxsa ucuz qiymət və keyfiyyətli xidmətdir?

Əgər təbiətdirsə, Azərbaycanın bölgələri də kifayət qədər gözəl təbiətə malikdir. Yox, xarici ölkə həvəsidirsə, niyə məhz Gürcüstan? Yəqin ki, digər qonşu ölkələrə də səfər etmək olar. Bəlkə də ən böyük səbəb Gürcüstanın düzgün qurulan turizm siyasətidir. 

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli ümumilikdə vətəndaşların xaricə səfəri zamanı ən çox Gürcüstanı seçmə səbəbi olaraq ilk növbədə bu ölkənin daha yaxın olması və larinin hazırda dəyərdən düşməsini göstərib: 

“Əslində Gürcüstana səfər edən xarici vətəndaşlar arasında azərbaycanlılar ilk üçlükdə olub. Azərbaycan vətəndaşlarının bu ölkəyə tez-tez səfər etməsi həm məsafə olaraq Gürcüstanın yaxınlığı, həm daha ucuz başa gəlməsi ilə əlaqədardır. Qiymətlərin ucuzluğu, xidmətlərin çox çeşidliliyi, əyləncə növlərinin çoxluğu Gürcüstana səfər etmək üçün mühim faktorlardır. Bunlar Gürcüstanı Azərbaycanın özündən fərqli olaraq azərbaycanlılar üçün cəlbedici edir”. 

Ekspert bildirib ki, son zamanlar əsas rol oynayan məsələlərdən biri larinin dəyərdən düşməsidir: 

“Larinin təqribən 15-16 faiz dəyərdən düşməsi, Azərbaycan manatının da inzibati qayda ilə sabit qalması manatı Gürcüstanda bahalaşdırıb. Əvvəllər Azərbaycanın 100 manatı Gürcüstanda təqribən 158-160 lariyə dəyişmək mümkün idisə, indi 170-180 lari arasında dəyişir. Azərbaycanlıların artıq orada xırdaladığı Azərbaycan manatını da hər yerdə qəbul edirlər, dollarla getməyə ehtiyac qalmır. Pulun dəyərdən düşməsi Gürcüstanı daha cəlbedici hala gətirdi. Büdcəsi 200-300 manat olan azərbaycanlı öz vəsaitini Gürcüstanda xırdalayarkən daha çox lari əldə edir”. 

Bölgələrimizə səfərlə Gürcüstana səfərin müqayisəsinə gəldikdə, ekspert bölgələrimizdə obyektlərin oliqarx məmurların ixtiyarında olduğunu və müqayisədə səyahətin dəfələrlə baha başa gələcəyini diqqətə çatdırıb: 

“Vətəndaşlarımızın bölgələrimizdən daha çox Gürcüstana səfər etməsi illərdir müzakirə olunan problemdir. Bu gün Azərbaycanın bölgələrində gedib 1 həftə qalmaq üçün xərclənən pula Gürcüstanda 10 gün və daha çox qalmaq olar. Qəbələdə, Şamaxıda, Qubada, təbiətin yaxşı olduğu yerlərdə qiymətlər həddən artıq bahadır, bir çox obyektlər iri məmurlara məxsusdur ki, onların qiymət siyasəti ümumiyyətlə anlaşılan deyil. Onların əsas gəlir mənbəyi turizm obyektləri olmadığına görə, idarəetmələrində də iş adamı kimi yox, məmur kimi düşünürlər. Ona görə də qiymətlərin illərdir Azərbaycanda baha olması vətəndaşlarımızın Gürcüstana üz tutmasına səbəb olur. Gürcüstanda istəsələr dəniz, istəsələr dağ turizmindən istifadə etmək olar. Hətta yayda belə qış idman növlərindən istifadə ediləcək yerlər var. Ondan başqa təbiət turizmindən, tarixi turizmdən də istifadə etmək olar. Kazinolar var, açıq danışmaq lazımdır ki, azərbaycanlıların bir qismi də Gürcüstana kazinolar leqal olduğu üçün üz tutur”. 

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər