{category-title}

Daha bir məşhur aparıcı ATV-dən GETDİ

 

“Azad Azərbaycan” Teleradio və Yayım Şirkətinin (ATV) sevilən simalarından olan Dj Tural kanalı tərk edib.

Redaktor.az-a açıqlama verən aparıcı onun kanaldan uzaqlaşdırılmadığını bildirib:

“Avtostop” layihəsi artıq 7 ildir ki, ATV-də yayımlanır. Kanal ilə müqaviləmiz bitdiyinə görə, yollarımızı ayırdıq. Bir yerdə addımlamamaq üçün yenilik etdik. Layihənin inkişafı, daha da önə getməsi üçün bu qərarı verdik. Bir çox yerlərdən təkliflərin gəlməsinə baxmayaraq İctimai Televiziya və Radio Yayımları Şirkətini (İTV) seçdik. Buna səbəb isə sözügedən kanalın və radionun dinləyici kütləsinin Azərbaycanın 92%-ni təşkil etməsidir. Azərbaycan təkcə Bakı və Abşerondan ibarət deyil. Hər yerdə sürücünün problemi var, amma hamısı məni eşitmir.  Daha böyük auditoriya qarşısına çıxmaq üçün yerimizi mütləq dəyişməliydik. İTV-də standart müəyyən edəcəyik və özəl radiolar da bu standartla ayaqlaşmaya çalışacaqlar. Özəllər reytinq üçün çalışırlar, biz isə sübüt edirik ki, ciddi yerdən də reytinq qazanmaq mümkündür”.

Aparıcı ATV-dən getməsinin verilişin dinləyicisi sayına təsir etməyəcəyini vurğulayıb:

"Sevgi yer deyişməklə ölçülmür. Ya sevilirsən, ya da sevilmirsən. İctimai TV yeniliklərə açıqdır. Bura mənim üçün yeni çağırış, arenadır. Veriliş maraqlıdırsa, ona AzTV, İTV, ATV-dən də baxacaqlar. Tənqidlər davam edəcək. Problemi olan insanların səslərini yenə çatdıracam. Qanun ilə izah edib, marifləndirəcəyik. Səhv yox, düz addım atdıq”.

Məsələylə bağlı “Azad Azərbaycan” Teleradio və Yayım Şirkətinin prezidenti Azər Xəlilovla əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 

Son xəbərlər

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Prezident Rusiyadadır

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Bütün xəbərlər