{category-title}

İntihar edən məşhurlar… - Onların sirli məktubları

 

"Yaşamaq üçün vacib olan səbəb ölüm üçün də əla səbəb ola bilər".

Bununla fransız yazıçısı Albert Kamyu intiharı özünəməxsus şəkildə ifadə edib. Hər bir kəsin yaşamaq və ölmək üçün müəyyən səbələri olur və hər bir kəs öz həyatı ilə bir cür hesablaşır. Bu hesablaşmalar içində ölümü-intiharı seçənlər də olur. Hətta bəziləri zəhərli hörümçəklər udur, fıstıq əzməsi ilə nəfəs borularını tıxayır, damarlarına zərərli mayelər yeridir, məngənə vasitəsilə boyunlarını qırırlar.

Tarixdə intiharları ilə yadda qalan məşhur insanlar da var. Onlardan Ziqmund Freyd, Kleopatra, Mark Antoni, Brut, Yudas İscariot, Hannibal, Neron, Virciniya Vulf, Adolf Hitler, Ernest Heminquey, Vinsent Van Qoq, Cek London, Cudi Qarlend, Ponti Pilat, Sokrat ve intihar etdikləri ehtimal olunan Çaykovski, Elvis Presli, Kurt Kobeyn ve Marlin Monronun adını çəkmək olar.

BakuPost bu barədə bəzi faktları təqdim edir.

Roma imperatoru Klodi Albin 197-ci ildə müharibədə məğlub olduğu üçün özünü öldürüb.

Adolf Hitler 1945-ci ildə Sovet hərbçiləri tərəfındən yaxalanmamaq üçün özünü ağzından ataraq öldürüb.

İngilis pop müğənnisi Çarlz Heddon isə 2010-cu ildə Belçikada təşkil olunan musiqi festivalında elektrik dirəyindən atlayaraq intihar edib.

Amerikalı kino aktyoru Ross Aleksandr 1937-ci ildə özünü tapançayla vuraraq öldürüb.

Həmçinin, 1891-ci ildə Çilinin prezidenti Xose Manuel Balmaseda və 1994-cü ildə amerikalı rok müğənnisi Kurt Kobeyn tapançayla özlərinə qəsd ediblər.

Amerikalı yazıçı Ernest Heminqueyin intiharı da bu üsulla olub. Yazıçının nəvəsi model, aktrisa Marqo Heminquey isə 1996-cı ildə sakitləşdirici həbdən yüksək dozada istifadə edərək özünə qəsd edib.

Cazmen Çet Beyker 1988-ci ildə kokain və heroinin təsiri altında balkondan atlayaraq intihar edib.

Yazıçı Truman Kapote 1984-cü ildə yüksək dozada dərman qəbul edərək özünü öldürüb.

Psixoloq Ziqmund Freyd isə 1939-cu ildə həkimin köməyi ilə yüksək həddə morfin qəbul edərək ölüb. Buna könüllü ölüm-evtanaziya deyilir.

Musiqiçi Cenis Coplin 1970-ci ildə yüksək dozada heroin qəbul edərək ölüb.

Aktyor Hit Ledcer 2008-ci ildə müxtəlif dərmanları birlikdə qəbul edərək zəhələnib və ölüb.

Əfsanəvi "The Doors" qrupunun solisti Cim Morrisonun rəsmi ölüm səbəbi ürək çatışmazlığı olsa da, 1971-ci ci ildə yüksək dozada heroin qəbul etdiyi üçün öldüyü iddia edilir.

Ssenarist Stefan Sveyq 1942-ci ildə yüksək dozada yuxu dərmanı qəbul edərək intihar edib.

İntihar məktubları...

Bəzi insanlar ölümündən sonra intihar səbələrindən xəbər verən məktub da qoyub gedirlər. Eləcə də məşhurlar... Onlardən bəzilərini diqqətinizə çatdırırıq.

"Bilirəm ki, yenə dəli oluram. Hiss edirəm ki, daha dözə bilmirəm bu çətinliyə... Bu dəfə özümə gəlməyəcəm, çünki artıq səslər eşidirəm..." (Virciniya Vulf)

"Mən öləndə və üzərimdə açıq parlaq yaş saçının suyunu üzərimə tökərsə, sən qəbrimin üzərində qırılmış ürəklə durarsansa, məni maraqlandırmayacaq. 
Çünki mən rahatlıqda olacam 
Yağış tökülərkən, yarpaqlı ağaclar necə rahat olur elə... 
Və mən sənin indi olduğundan daha sakit və daha daş ürəkli olacam." (Sara Tisdeyl)

"Mən bu dünyanı tərk edirəm, harada ki ürəklər ya qırılır, ya da daşa dönür." (Nikola Sebastian Şamfor)

"Bütün faydalılıq bitəndə və biləndə ki, bir gün öləcək və qarşısını heç nə ala bilməyəcək, insanın çətin ölüm əvəzi qısa və rahat ölümü seçmək haqqı var." (Şarlotta Perkins Qilman)

"Frensis və Kortniy, mən özümü sizin üçün qurban verdim. Kortniy sən Frensis üçün davam et, çünki onun üçün həyat mənsiz daha xoş olacaq. SƏNİ SEVİRƏM, SƏNİ SEVİRƏM!" (Kurt Kobeyn)

"Mənim işim bitdi. Daha nə gözləyim ki?!" (Corc İstmen)

"Sevgilim mənim, ürəyimdəsən 
Onsuz da alınımıza yazılmışdı ki, bir gün ayrılacağıq 
Və yenidən birləşəcəyik 
Əlvida, sağollaşmaq qoy çətin olmasın 
Qoy ağlamaq olmasın, üzlər qəmli qalmasın..." (Sergey Yesenin)

"Bitirməliyəm, daha ümid yoxdur. Çünki rahat olacam. Heç kəsin burda əli yox idi, tam öz seçimim idi." (Freddi Prins)

"Mənim vaxtım çatdı və gedirəm, daha gözəl bir yerə, çox uzaqlara. Mən sizi çox sevirəm, amma indi daha yaxşıdır, çünki azadam artıq..." (Anonim)

"Məncə elə bir vaxt gəlir ki, cəhd göstərməyi də dayandırmaq lazımdır, çünki hətta o da incidir..."(Anonim)

"Həyatı saxlayın, düşmək istəyirəm..."(Anonim)

"Bu gün özümü öldürsəm, sabah məni xatırlayarlarmı? (Anonim)

"Bunu ölmək üçün etmədim, ağrını dayandırmaq üçün elədim..." 
(Dalida)

"Həyat dözülməz oldu...məni bağışlayın" (Anonim)

"Mən yuxuya gedəcəm, amma bu dəfə biraz uzun olacaq. Daha doğrusu, sonsuzluq..." (Yeji Kosinski)

"Gələcək ancaq qocalıq, xəstəlik və ağrıdır. Mən rahatlıq istəyirəm və bu da rahatlığın tək yoludur" (Ueyl Ceyms)

Son xəbərlər

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Bütün xəbərlər