{category-title}

"Nikoil Bank" pis vəziyyətdə - MÜŞTƏRİLƏR PULLARINI GERİ ÇƏKİB

 "Nikoil Bank" 2019-cu ilin 2-ci rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bankın xalis mənfəəti 43 milyon manatdan çox azalıb. Bundan başqa banka depozit yerləşdirən müştərilər depozitlərini 356 min manatlıq depozitini geri çəkib.
"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, "Nikoil Bank"ın cəmi aktivləri 17 mln. 445 min manat azalaraq 429 mln. 27 min manatadək enib. Bundan başqa bankın cəmi öhdəlikləri də kəskin azalıb. Belə ki, 2018-ci ilin analoji dövrü ilə müqayisədə "Nikoil Bank"ın cəmi öhdəlikləri 32 mln. 602 min manat azalaraq 359 mln. 921 min manata düşüb. Bankın cəmi kapitalı 15 mln. 158 min manat azalaraq artaraq 69 mln. 106 min manata çatıb.

KREDİT VƏ DEPOZİT PORTFELİ ƏRİYİB

"Nikoil Bank"ın müştərilərə verdiyi kreditlərin məbləğində kəskin azalma müşahidə olunub. Hesabata görə bankın müştərilərə verdiyi kreditlərin həcmi 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 25 mln. 821 min manat azalaraq 263 mln. 210 min manata enib. Bu da cəmi aktivlərin azalmasına birbaşa təsir edib. Banka yerləşdirilən depozitlərin həcmində də 2018 -ci ilin eyni dövrü ilə müqayisədə 356 min manat azalma müşahidə olunub.

ƏMƏLİYYAT VƏ XALİS MƏNFƏƏTİ KƏSKİN AZALIB

"Nikoil Bank"ın 2019-cu ilin 2-ci rübündə 24 mln. 34 min manat xalis faiz gəliri (ötən ilin eyni dövrü ilə müqayisədə 229 min manat az), 2 mln. 708 min manat qeyri-faiz gəliri (ötən ilin eyni dövrü ilə müqayisədə 837 min manat az), 14 mln. 861 min manat qeyri-faiz xərci (ötən ilin eyni dövrü ilə müqayisədə 4 mln. 622 min manat çox) olub. Bunun nəticəsində bankın xalis mənfəəti bu ilin 2-ci rübündə 11 mln. 881 min manat olub ki, bu da 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 5 mln. 687 min manat azdır. Bundan başqa bankın xalis mənfəəti 43 mln. 114 min manat azalaraq 2 mln. 746 min manata düşüb.

"Nikoil Bank"ın məcmu kapitalı 13 min manat azalaraq 71 mln. 583 min manata enib.
 

Son xəbərlər

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Bütün xəbərlər