{category-title}

Sosial şəbəkədə vətəndaşları aldadan iş adamının istintaqı başa çatıb

 Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmada təqsirləndirilən “SN Group” MMC-nin direktoru Aydın İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

APA-nın məlumatına görə, A. İsmayılov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.

Cinayət işində 9 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, A.İsmayılov öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə 2018-ci ilin iyul-avqust aylarında “Facebook” sosial şəbəkəsində elan verməklə ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu MMC tərəfindən güzəştli kredit veriləcəyini bildirib.

Həmin elanla əlaqədar ona müraciət ayrı-ayrı şəxsləri cəmiyyətin ofisinə dəvət edərək, onlara yalandan şəxsiyyət vəsiqəsi ilə az miqdarda ödəniş qarşılığında sərfəli faizlə ipoteka krediti verəcəyini deyib. Bu yolla həmin şəxsləri aldadaraq, bankda yerləşən şəxsi hesabına ümumilikdə 97 min manat məbləğində pulun köçürülməsinə nail olub. Lakin verdiyi vədə əməl etməyib.

Daha sonra zərərçəkmişlərin şikayəti əsasında A.İsmayılov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma maddəsi ilə ittiham irəli sürülüb. 

Son xəbərlər

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Rüfət Əzizov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Bütün xəbərlər