{category-title}

"Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...

 

 

“Hər iki rayonun xəstəxanaları uşağın həyatını xilas etmək üçün lazımi tibbi avadanlıqların olmadığını bildirdi. Uşağı təcili Bakıya götürməyi məsləhət görsələr də, heç biri təcili yardım maşını ayırmadı. Mən iki rayonun xəstəxanası arasında qaldım, səhərə yaxın uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər”.

DİA.AZ-ın məlumatına görə, Ağdaş sakini Cavid Ələkbərov danışır ki, iyulun 7-də axşam saat 10 radələrində 10 aylıq oğlu Türkelin səhhəti qəfil pisləşib. O, körpəyə tibbi yardım göstərilməsi üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Təcili Tibbi yardım Şöbəsinin növbətçi həkimi Aprin Təbriz məsləhət görüb ki, xəstəxanada normal həkim və lazımi tibbi avadanlıqlar olmadığı üçün körpəni Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına götürsün. Cavid Ələkbərov belə də edib. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında isə ona bildirilib ki, uşağa gərək Ağdaş Mərkəzi Xəstəxanası tibbi yardım göstərərdi və ona uşağı da götürüb Ağdaşa qayıtmağı məsləhət görüblər. Cavid Ələkbərovsa çarəsiz durumda olduğunu deyərək, vəziyyəti ağırlaşan körpəyə yardım edilməsini tələb edib. Təxminən 30 dəqiqədən sonra ataya bildirilib ki, bu xəstəxanada da tibbi avadanlıq yoxdur. Məsləhət görüblər ki, uşağı Bakıya, ya da Gəncəyə aparsın.

"Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...
“Növbətçi həkim Şıxəli Aşurov dedi, uşağı təcili tibbi yardım maşınında həkim nəzarətində aparmalısan. Get, bir təcili yardım maşını tap gətir, bizim həkimlərdən qoşaq, uşağı Bakıya çatdır. Mənsə dedim ki, təcili tibbi yardım maşını xəstəxanada olur, kartof deyil ki, gedib bazardan alam… Öz maşınlarınızdan ayırın, uşağı Bakıya çatdırım. Dedi, Ağdaş sakini olduğun üçün bizim xəstəxana sənə maşın verə bilməz. Çalış, məsələni Ağdaş xəstəxanası ilə həll et… Əvvəlcə Ağdaş Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin müdiri Bəxtiyar Paşayevə zəng vurdum. Sonradan araşdırmışam ki, bu adamın heç tibbi savadı da yoxmuş. O, zəng vurmağımın səbəbini biləndə kobud şəkildə “mənim nömrəmi sənə kim verib, mən bu işlərə baxmıram”, dedi və telefonu söndürdü. Bu dəfə Ağdaş xəstəxanasının baş həkimi Nuru Nuriyevin mobil telefonuna zəng vurdum, vəziyyəti başa saldım, yalvardım ki, uşaq ölür, nəfəsi çatmır, təcili tibbi yardım maşını göndərin, Bakıya çatdırım. O isə sakitcə “hansı xəstəxanaya getmisənsə, o xəstəxanadan da tələb et”, deyib, telefonu qapatdı. Sonra dəfələrlə zəng vursam da, telefonu söndürmüşdü deyə, əlaqə yarada bilmədim,” – ata danışır.

Ata çarəsiz qalaraq Ağdaş Mərkəzi Xəstəxanasına qayıdıb. Növbətçi həkim baş həkimlə əlaqə saxladığını, ancaq baş həkimin “maşın yoxdur”, dediyini bildirib. Əli yerdən-göydən üzülən ata gecə saat 2 radələrində Ağdaş rayon polisinə və rayon prokurorluğuna üz tutub:

“Əvvəl prokurorluğa getdim, dedilər, səhər gəl, bildirdim ki, səhərədək uşağım ölə bilər, gec ola bilər. Ordan rayon polisinə getdim, polis şöbəsinin bir əməkdaşıyla bərabər yenə rayon mərkəzi xəstəxanasına yollandım. Polis əməkdaşı növbətçi həkimə təklif etdi ki, baş həkimlə danışsın. Ancaq növbətçi həkim dedi, mən daha baş həkimə zəng vurmağa qorxuram. Yenə çarəsiz halda Mingəçevir xəstəxanasına qayıtdım”.

Cavid Ələkbərovin sözlərinə görə, burada da növbətçi həkimdən Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkiminə zəng vurmasını istəyib. Növbətçi həkimsə baş həkimin nömrəsini bilmədiyini deyib. Cavid Ələkbərovun Səhiyyə Nazirliyinin “qaynar xətt” nömrələrinə vurduğu zənglər də nəticə verməyib.

Bunların baş verdiyi zaman kəsiyində isə 10 aylıq körpənin durumu daha da ağırlaşıb:

“Şıxəli həkim bizi aldatdı ki, uşağın vəziyyəti yaxşılaşıb, ona görə də gecəylə Bakıya aparılmasına ehtiyac yoxdur. Səhər baş həkim gəlsin, təcili tibbi yardım maşını ayırar, götürüb Bakıya apararsız. Uşaq reanimasiya şöbəsində idi, növbətçi tibb bacısı qucağında saxlamışdı, süni nəfəs aparatı ilə nəfəs alırdı. Səhər saat 4 radələrində Şıxəli həkimin davranışından hiss etdik ki, nəsə baş verib. Artıq bizi reanimasiya şöbəsinə də yaxın buraxmırdılar, bu da şübhələrimi artırırdı. Mən birtəhər özümü reanimasiya otağına salanda süni nəfəs aparatına qoşulmuş balam çoxdan cənnət quşuna dönmüşdü, həkimsə bizi aldadırdı”.

Övladının öldüyünü anlayan ata DİN-nin 102 xidmətinə və Baş Prokurorluğun “qaynar xətt”inə zəng vurub. Bundan sonra Mingəçevir şəhər Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları xəstəxanaya gəlib:

“Mən şoka düşmüşdüm, qışqırırdım ki, balam hansı səbəbdən öldü? Həkim gözlərini döyür, çiyinlərini çəkirdi. Sonra da uşağın ölümünə səbəb kimi sənəddə “tənəffüs çatışmazlığı” qeyd etdi. Ekspertiza prosesi bitəndən sonra balamın cansız bədənini büküb özümə verdilər, gözüyaşlı Ağdaşa döndük”.

Gənc ata 10 aylıq körpəsinin ölümündə hər iki xəstəxananın həkimlərini və baş həkimlərini günahlandırır. O, ölkə başçısına müraciətində körpəyə vaxtında tibbi yardım göstərmədiklərini, əksinə, paytaxtdakı xəstəxanalardan birinə çatdırılmasını əngəllədiklərini yazıb. Prezidentdən həmin həkimlərin və baş həkimlərin ən sərt şəkildə cəzalandırılmasını tələb edib.

Atanın sözlərinə görə, körpə Türkelin səhhətində əvvəllər heç bir problem olmayıb.

Ölüm faktını prokurorluq araşdırır

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər