{category-title}

"Onların var-dövləti və vəzifələri var..." - GİLEY

 

Ucar rayonu Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğlu və Əhmədov Məhəmməd Xudazər oğlu tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaşlar yazır:

"Yevlax Regional Aqroservisin direktoru Sədaqət Ağayev və onun əlaltısı Ucar Aqroservizin direktoru Nazir Şükürov iki ailəni aclığa məhkum etmək istəyir.
Biz hər ikimiz traktor sürücüləriyik. Ucar Aqroservisdə istifadə edilməyib saxlanılan Belarus 12.21 markalı 10 F 843 nömrəli traktoru təmir etdirib istifadə etmək üçün baş idarəyə müraciət edib razılıq aldıq. Həmin traktor 6 aydan çox idiki Ucar Aqroservisdə istifadəsiz saxlanılmışdı. Biz şərikli həmin traktoru öz vəsaitimiz hesabına təmir etdirdik ki, şərik işlədib ailəmizə çörək qazanaq.Qanunu qaydada müqavilə tərtib edildi rüsum ödədik.Traktorun təmiri üçün ehtiyat hissələri alınmasına 1202 manat, qaynaq işlərinə və sairə aqreqatlara isə 600 manat pul xərclədik.
Bundan sonra Yevlax Regional Aqroservisin direktoru Sədaqət Ağayev və Ucar Aqroservisin direktoru Nazir Şükürov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tərtib olunmuş və rüsumu ödənilmiş müqaviləyə imza etmək istəmirlər.Səbəb isə isə bunula izah edilir ki, həmin traktoru əvvəl işlədən Oğuz rayon sakini həmin traktoru özü yenidən işlətmək istəyir.Biz isə Sədaqət Ağayevə və Nazir Şükürova izah edirik ki, bunu nə üçün əvvəldən demirdiniz biz bu qədər pul xərcləyib xarab olmuş traktoru tam işlək vəziyyətə gətirəndən sonra bu bahənə ilə bizə əziyyət verirsiniz.Biz həmin pulu borc alıb traktoru təmir etdirmişik.
Sədaqət Ağayev deyir ki, kefimiz belə istəyir Yevlax Regional Aqroservsin rəhbəri mənəm.Ucar Aqroservizi Yevlax Regional Aqroservisə tabedir.Qeyd edək ki, həmin Oğuz rayon sakinindən Sədaqət Ağayev 2000 manat, Nazir Şükürov isə 600 manat rüşvət kimi alıblar.
Yevlax Regional Aqroservisin direktoru Sədaqət Ağayev və Ucar Aqroservisin direktoru Nazir Şükürov dövlət idarəsini talan edib əldə etdikləri kapital hesabına özlərinə Yevlax, Ucar rayonlarında və Bakı şəhərində çoxlusayda ticarət obyektləri, Yanacaq doldurma məntəqələri, restoranlar, mənzillər və bahalı avtomobillər alıblar.Biz isə gündəlik çörəyimizi qazanmaq üçün min əziyyət çəkən zəhmətkeş insanlarıq. Onların var-dövləti və vəzifələri var.Bizim isə İlham Əliyev kimi qayğıkeş prezidentimiz və İnam Kərimov kimi ədalətli Kənd Təsərrüfatı Nazirimiz var.İnanırıq ki, şikayətimiz yerində bizim iştirakımızal araşdırılacaq.
Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova müraciət edib xahiş edirik vəzifə səlahiyyətlərindən sui-istifadə edib dövlət idarəsini kolxoz bazarına döndərmiş Yevlax Regional Aqroservisin direktoru Sədaqət Ağayevin və ona tabe olan Ucar Aqroservisin direktoru Nazir Şükürovun barəsində ciddi tədbirlər görəsiniz, öz vəsaitimiz hesabına təmir edib işlək vəziyyətə gətrdiyimiz Belarus 12.21 markalı 10 F 843 nömrəli traktoru işlədmək üçün tərtib edilmiş müqavilənin təsdiq edilməsinə tapşırıq verəsiniz".

Dia.az

"Onların var-dövləti və vəzifələri var..." - GİLEY
"Onların var-dövləti və vəzifələri var..." - GİLEY

Son xəbərlər

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Bütün xəbərlər