{category-title}

S-400 “Triumf” müəmması: - Rusiya təyyarələri yükü çatdırıbmı...

 Ankara ilə Vaşinqton arasında ciddi gərginliyə səbəb olan S-400 “Triumf” zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması ətrafında müəmma davam edir.

Virtualaz.org xəbər verir ki, ötən həftə sonu Türkiyə və Rusiya qaynaqları komplekslərin hissələrinin təyyarələrə yükləndiyini, ilk təchizatın bu həftənin əvvəllərində həyata keçiriləcəyini bildirmişdi. Lakin S-400 komplekslərinin ilk partiyasının Türkiyəyə çatdırıldığına dair hələlik təsdiqlənmiş məlumat yoxdur.

Türkiyə KİV-ləri xəbər verir ki, ötən gün iyulun 10-da axşam saatlarında Malatya aeroportuna bir-birinin ardınca Rusiyanın iki Tu-154B-2 hərbi-nəqliyyat təyyarəsi enib. Lakin bu təyyarələr sərnişin daşımaq üçün nəzərdə tutulub və ağır hərbi texnikanın daşınması üçün yaramır. Ağır hərbi texnika “Ruslan” tipli hərbi yük təyyarələri ilə daşınır. Bu baxımdan mənbələr ehtimal edir ki, təyyarələr S-400 komplekslərinin Türkiyədə quraşdırılması üçün rusiyalı hərbi mütəxəssisləri daşıyırdı.

Digər qaynaqlar isə Rusiyanın S-400 komplekslərinə aid radarları artıq Türkiyəyə çatdırdığını xəbər verir. S-400 komplekslərinin harada mövqe tutacağı haqda isə çoxsaylı fərziyyələr dolaşır. Daha əvvəl Türkiyənin kompleksləri müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə yerləşdirə biləcəyi haqda xəbərlər yayılıb. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bu variantı nəzərdən keçirdiklərini təsdiqləyib.

Amma prezident Ərdoğan ötən gün bildirib ki, Türkiyə S-400 komplekslərini hava sahəsini müdafiə etmək üçün alır və təhdid yaranarsa bu silahı tətbiq edəcək. Bu da komplekslərin hər halda Türkiyə ərazisində yerləşdiriləcəyini təsdiq edir. Bəzi qaynaqlar komplekslərin Suriya ilə sərhədə yaxın bölgədə yerləşdiriləcəyini təxmin edirlər.

Komplekslərin Türkiyəyə çatdırılmasının ardınca ABŞ-ın Ankaraya qarşı sanksiyalar məsələsinə baxacağı gözlənilir. Dövlət Departamentindəki qaynaqlar da təsdiq ediblər ki, komplekslərin Türkiyəyə çatdırılması prosesinin başladığını qeydə alıblar.
 

Son xəbərlər

Fateh Can: Fədakar alim və cəfakeş ana

Ələt-Astara magistralında təhlükəli vəziyyət

Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq

HƏMAS İsrailə güzəştə getməkdən imtina edib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verildi

Adəmin atasına 30 sutka həbs verildi

Çingiz Abdullayev qidadan zəhərlənib? - Rəsmi

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Sabah 27 dərəcə isti olacaq - HAVA PROQNOZU

“Boynum sınaydı, bu sənətə gələndə” - Mətanət İsgəndərli

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ

“Qarabağ”ın daha iki potensial rəqibi bilindi

Bakıda gənc qız intihar etdi

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

İddiaçılar Turniri: Azərbaycan şahmatçısı Nakamura ilə üz-üzə gələcək

Xoşbəxtlik birdən qapınızı döyəcək: Üç bürcə karyera və maliyyə uğurları VƏDİ

Kürdə batan 6 yaşlı qız və atası hələ də tapılmayıb

Almaniya Ukraynaya daha bir “Patriot” sistemi göndərəcək

Olaf Şolts: Putinlə zamanı gələndə danışıqlar aparacağam

Tbilisidə mitinq keçirilir

“Maşın bazarı”ndakı yanğın söndürülüb - YENİLƏNİB

Sabiq prokurorun oğlu yanaraq öldü - FOTO

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

Bütün xəbərlər