{category-title}

 

 

Ölkədə kök atmış FETÖ terror şəbəkəsinə qarşı yetərli tədbirlərin görülməməsindən ruhlanan gülənçilər öz fəaliyyətlərini və çevrələrini genişləndirməkdədir.

Yenicag.az xəbər verir ki, FETÖ-nün Azərbaycan üzrə “imam”ı Elnur Aslanovun zərərsizləşdirilməsindən sonra başsız qaldıqları düşünülən yerli fətullahçıların ölkə biznesində mövqelərini daha da gücləndirdiklərinə dair bilgilər əldə olunmaqdadır.

FETÖ-nün iş dünyasındakı yeni Azərbaycan “imam”ı: - Fətullahçıları kim necə gücləndirir?

 

 

Məlumata görə, hazırda FETÖ-nün Azərbaycan şəbəkəsinin əsas füqurlarından olduğu ehtimal edilən “Hidro-Park” MMC-nin rəhbəri Emruz İsgəndərov, nəzarətində olan biznes zəncirinə daxil şirkətlərlə yanaşı, strateji dövlət qurumlarında da gülənçilərin yerləşdirilməsini əmin-arxayınlıqla davam etdirir.
FETÖ-nün iş dünyasındakı yeni Azərbaycan “imam”ı: - Fətullahçıları kim necə gücləndirir?
Qeyd olunur ki, 2011-ci ildən etibarən, “Hidro-Park”da fəaliyyət göstərən İsgəndərovun FETÖ-yə cəlb olunması, onun Naxçıvan Türk Liseyində təhsil aldığı 1994-99-cu illərə təsadüf edir. Liseyin fizika müəllimi Hüseyin Avcının təsiri altında şəbəkəyə qoşulan İsgəndərovun gülənçilərlə bağlılığı Türkiyənin 9 Eylül Universitetində təhsil aldığı dövrdə (1999-2005) daha da güclənib.

Bildirilir ki, tələbəlik illərində FETÖ-yə məxsus evlərdə qaldığı deyilən İsgəndərov şəbəkənin fəaliyyətində göstərdiyi aktivliyə görə “ev imamı” və “bölgə imamı” statusuna da sahiblənib. İnformasiyaya əsasən, İsgəndərov lisey və universitet tələbəliyindən sonra da, uzun müddət – 2013-cü ilə qədər şəbəkə daxilində Avcının kurasiyası altında çalışıb. Azərbaycanda fəaliyyətə başladıqdan sonra FETÖ-nün mərkəzi strukturları ilə əlaqələrini genişləndirən İsgəndərovun bütün xarici səfərlərində şəbəkənin rəhbərliyində təmsil olunan şəxslərlə davamlı görüşləri haqda məlumatlar mövcuddur. FETÖ-nün Türkiyədə ifşa edilməsinin ardından verilən təlimata uyğun olaraq, İsgəndərov da “kamuflyaj rejimi”nə keçib. FETÖ-nün Türkiyədə 2016-ci il iyulun 15-də hərbi çevrilişə uğursuz cəhdindən sonra, Azərbaycanda Gülən şəbəkəsinə qarşı müəyyən tədbirlərin görülməsinə başlanıldı. Lakin həyata keçirilən işlərin qeyri-ardıcıllığı və “gizli əllər”in müdaxiləsi sayəsində ölkədəki gülənçilərin tam şəkildə zərərsizləşdirilməsi təəssüf ki, mümkün olmadı. Bunun nəticəsində FETÖ-nün Azərbaycan şəbəkəsi nəinki öz mövcudluğunu qoruyub saxladı, hətta genişlənməkdə davam etdi. Yayılan məlumatlara görə, İsgəndərovun himayəsi altında yüzlərlə gizli FETÖ-çü “Hidro-Park” zəncirinə aid “Hidrolotus”, “Texno-Atinak”, “AzFen”, “Azertexnolayn” və digər şirkətlərdə yerləşdirilərək, şəbəkə xəzinəsinin doldurulması üçün hələ də çalışmaqdadırlar.

Gülənçilərin İsgəndərovun əli ilə “Azərsu” və digər strateji qurumlara yerləşdirilmələri isə FETÖ-nün Azərbaycan şəbəkəsinin dövlət üçün nə dərəcədə təhlükəli faktora çevrildiyini göstərir. O baxımdan, əminliklə söyləmək olar ki, FETÖ-nün Azərbaycan şəbəkəsi birdəfəlik sıradan çıxarılmasa, dövləti təhdid edən təhlükələr daha da böyüyəcək. Buna imkan verməmək üçün şəbəkəyə qarşı ləngimədən qətiyyətli tədbirlərin görülməsinə başlanılmalıdır.

Son xəbərlər

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Rüfət Əzizov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Bütün xəbərlər