{category-title}

“Qarabağ”ın düşərgəsindən məyusedici xəbər – oyunu buraxırlar...

 

“Qarabağ” bu gün Tiranada “Partizani” ilə oyuna itkilərlə çıxacaq.

Matçın başlamasına bir neçə saat qalmış Qol.az-a məlum olub ki, komandanın müdafiə xəttində ciddi problemlər yaşanır. Bir neçə gün öncə Çexiya “Viktoriya”sı ilə yoxlama matçında əzələsi dartılan mərkəz müdafiəçisi Bədavi Hüseynovun həm bugünkü, həm də cavab matçını buraxacağı dəqiqləşib. B.Hüseynov yalnız avrokuboklarla ikinci təsnifat mərhələsinin ilk oyununa hazır ola bilər.

Amma komandanın müdafiə xəttində problemlər bununla yekunlaşmır. Adı bu matç üçün sifariş olunan sol cinah müdafiəçisi Donald Gerye hələ də “Qarabağ”ın düşərgəsinə qoşulmayıb. Bu səbəbdən Ağdam klubu onun da xidmətindən istifadə edə bilməyəcək. Ümumiyyətlə, haitili futbolçu başa çatan müqaviləsini bugünə kimi yeniləməyib və onun klubdakı taleyi qeyri-müəyyəndir.

Öncədən xəbər verildiyi kimi, yeni transfer, sol cinah müdafiəçisi Ailton Silva isə cəzalı olduğuna görə “Partizani” ilə ilk matçda meydana çıxa bilməyəcək. Bundan başqa, bir neçə gün öncə dizindən zədələnən kapitan Rəşad Sadıqovun ayağında ağrılar davam edir. Amma o, bugünkü görüşdə komandasına kömək edə biləcək.

Beləliklə, bu gün “Qarabağ”ın müdafiə xəttində sol cinahda Abbas Hüseynov, ortada Rəşad Sadıqov və Rahil Məmmədov, sağda isə Maksim Medvedyevin çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Partizani” - “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 19.30-da başlanacaq.

Son xəbərlər

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Prezident Rusiyadadır

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Bütün xəbərlər