{category-title}

Beyləqanda saxta əlillik davası... - İş böyüyür...

 Beyləqan rayon sakini Allahverdiyeva Könül Hümbətəli qızına qanunsuz yolla saxta əlillik dərəcəsi təyin olunması və onun haqq etmədiyi yüksək məbləğdə pensiya almaq hüququna yiyələnməsi barədə RealMedia.az saytında gedən məqaləni müşayiət edən assosiasiyalardan biri də bu oldu ki, yazıda adı hallanan 37 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri Leyla Nəsirova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırıldı, izahatı alındı. L.Nəsirova redaksiyamızla da əlaqə saxlayıb açıqlama verdi. Xatırlatdı ki, qanunvericiliyə uyğun olaraq vətəndaşların əlilliyi dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilərək elektron formada nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ötürülən göndərişlər əsasında qiymətləndirilir və tibbi-sosial ekspert komissiyalarının bu məsələdə rolu məhdudlaşdırılıb: "Göründüyü kimi, burada əsas səlahiyyət sahibi TSEK deyil, rayon (şəhər) mərkəzi xəstəxanalarında fəaliyyət göstərən həkim komissiyalarıdır. Ona görə də hər hansı şəxsə əlilik dərəcəsinin təyin olunması birbaşa yerli həkim komissiyalarının işidir. Məqalənizdə qeyd olunan məsələ ilə bağlı hazırda Nazirlik araşdırma aparır və bu müstəvidə qanunsuzluğa yol verildiyi təsdiqlənərsə, qanunamüvafiq ölçü götürüləcək".
RealMedia.az" saytı həmin açıqlamanı dərc etdi və inam ifadə etdi ki, Nazirlik məsələ ilə əlaqədar obyektiv araşdırma aparacaq, əsl həqiqəti üzə çıxaracaq. Yəni, səhv göndəriş ləğv olunursa, saxta imtiyazlar da avtomatik olaraq qüvvədən düşəcək. Ən nəhayət, hansı qurumun mənsubu olmasından asılı olmayaraq qanunsuzluğa rəvac vermiş şəxs və ya şəxslər barədə hüquq müstəvisində ölçü götürüləcəkdir.
Maraqlıdır ki, Leyla Nəsirova TSEK sədri olsa da, həm də Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-nevropatoloq vəzifəsi daşıyır. Verdiyi açıqlamada əlillik dərəcələrinin təyinatında saxtakarlıq hallarına TSEK-də deyil, yalnız yerli həkim komissiyalarında mümkün ola biləcəyini deməsi ilə belə çıxır ki, Leyla xanım rayon mərkəzi xəstəxanasında rəhbərliyi altında işlədiyi baş həkimi Əli Məmmədovu zərbə altında qoyub. Çünki RMX-nın nəzdində fəaliyyət göstərən yerli həkim komissiyasına sədrlik edən şəxs də məhz baş həkim özüdür. Yəni, L.Nəsirova yerli həkim komissiyasının üzvü olmasa da, təmsil elədiyi qurumlardan birini - TSEK-i "duruya çıxarmaqla", digərinin - RMX-nın "suyunu bulandırıb". Odur ki, baş həkimlə onun arasında Allah eləməmişkən, inciklik yaranması xəbəri çıxarsa, təəccüblənməyə dəyməz.
Əldə etdiyimiz bir başqa ilginc məlumat da Beyləqandakı yerli həkim komissiyasının sədri də daxil olmaqla üzvlərinə Səhiyyə Nazirliyi tərəfindən verilən həkimlik sertifikatlarının vaxtı 2017-ci ildə bitib, təzələnməyib. Bu isə o deməkdir ki, sertifikatsız həkimlər nəinki müalicə işi ilə məşğul ola, eləcə də ekspert kimi rəy də verə bilməzlər. Başqa sözlə, verdikləri rəyin hüquqi əsası yoxdur. (RealMedia.az)

Son xəbərlər

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Bütün xəbərlər