{category-title}

Novruz Qartal: “Xalq artistini o dünyada verəcəklər...”

 

 

Akademik Musiqili Teatr, yəni keçmiş Musiqili Komediya Teatrının adı çəkiləndə bir neçə aktyorlar dərhal yada düşür. Dünyadan köçən sənətkarlara Allah rəhmət eləsin. Yaşayan və bu gün də sənətdə var gücü ilə çalışan aktyorlar arasında, Azərbaycanın əməkdar artisti Novruz Əliyevin (Qartal) adını qeyd etməmək günah olar.
Ömrünün yarım əsrdən çoxunu Akademik Musiqili Teatra bağlayan Novruz Qartal, bu teatrın səhnəsində neçə-neçə görkəmli sənətkarlarla tərəf müqabili olub. 2013-cü ildə Əməkdar artist Fəxri adına layiq görülən sənətkar ruhdan düşmür, sənətinə davam edib, yeni-yeni obrazlar yaradır.
Open.az-a özəl açıqlamasında yeni tamaşasından söz açan Novruz Qartal bildirib ki, klassik tamaşalar hər zaman teatra lazım olur: “Hazırda teatrımızda “5 manatlıq gəlin” operettası hazırlanır. Məşqlər davam edir. Tamaşada mən də varam. Retro tamaşadır. Qoy cavanlar gəlib görsünlər. Gənclər bizim keçmişimizi görməlidir. Operettada Səid Rüstəmovun elə gözəl musiqisi var, libretto isə M.S.Ordubadinindir. Klassik tamaşadır. Və sizə deyim ki, belə tamaşalar, əsərlər teatra çox lazımdır”.
52 ildir teatrda çalışmasına baxmayaraq, 6 il əvvəl Əməkdar artist Fəxri adını alan Novruz Qartal Xalq artisti Fəxri adından söz düşəndə isə yarızarafat, yarıciddi deyir ki: “Mənə xalq artisti adını o dünyada verəcəklər”.

Son xəbərlər

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlandı

Bakıda yenidən qurulan parklanmada qiymətlər...

Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır edir – BƏYANAT

Bütün xəbərlər