{category-title}

Ermənilər Mütəllibovun azad etdirdiyi kəndlərimizi də geri istəyir... -Həyasızlığın kulminasiyası...

 

 

Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza səfəri zamanı onunla görüşüb məsləhətləşən qondarma separatçı rejimin “xarici işlər naziri” sayılan Masis Mailyan ad-soyadlı adamabənzər məxluq daha bir həyasız bəyanatla çıxış edib. 

Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, separatçı “nazir” qondarma rejimin danışıqlarda tərəf kimi çıxış etməsi tələbini səsləndirməklə yanaşı, “Artsaxın ərazi bütövlüyünün bərpasına çalışmaq”dan da danışıb.

Söhbət əsasən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibində Azərbaycanın tarixi və konstitusyon torpaqları olan keçmiş “Şaumyan” və hazırkı Xocavənd və Tərtər rayonlarının (keşmiş Ağdərə rayonunun bir sıra kəndləri) dövlətimizin nəzarətində olan hissələrindən gedir. Və həyasız işğalçıların ən yanıqlı yeri 1991-ci ilin yaz-yayında məşhur “Həlqə” və Çaykənd əməliyyatları zamanı azad edilmiş separatçı rejimin Kəlbəcər rayonunu ərazisini də “daxil edərək” qanunsuz “Şaumyan rayonu” tərkibinə saldıqları hazırda Göygöl və Goranboy rayonlarına daxil edilən Çaykənd, Qarabulaq, Azad, Todan, Meşəli, Buzluq, Ağcakənd, Gülüstan və s. kəndlərdir... 

Bəhs edilən ərazilərin azad edilməsinə hələ SSRİ-nin tam çökmədiyi bir dövrdə - 1991-ci ilin aprelində Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovun sovet lideri M.Qorbaçova təkidli təzyiqindən sonra əldə etdiyi razılaşma əsasında keçmiş sovet ordusunun dəstəyi və o dövrkü Azərbaycna DTK-nın əməkdaşları, polis, “OMON” və AXC könüllülərinin fəal iştirakıyla başlanıb. Adı çəkilən ərazilərlə yanaşı, Şuşa, keşmiş Hadrut və Əsgəran rayonları ərazisində də 20-dən çox kəndin erməni yaraqlılarından azad edilməsi ilə nəticələnmiş “Həlqə” əməliyyatı Azərbaycanın erməni işğalçılarına vurduğu ilk və ən tutarlı zərbə oldu... 

Təəssüf ki, 1991-ci ilin avqustunda Sovetlərin çökməsi ilə başlanan ziddiyyətli proseslər və bəzi AXC liderlərinin azad edilən kəndlərdəki ermənilərin “hüquqları”nın müdafiəsinə qalxması nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların erməni terrorçularından təmizlənməsi əməliyyatları yarımçıq qaldı. Ancaq təxminən 1 il sonra AXC iqtidarının həyata keçirdiyi uğurlu Ağdərə və Goranboy hücum əməliyyatları da məhz ermənilərin “Getaşen alt rayonu” adlandırdıqları 7 kəndin azad edilməsinə təkan verən Çaykənd əməliyyatının davamı oldu...
 

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər