{category-title}

"Mən daha nə edəcəyimi bilmirəm..." - GİLEY

 “Elə yorulmuşam ki, intihar həddindəyəm. Bir qəpik gəlirim yox, xəstəyəm, üstəlik, xəstə bacıma baxıram. İkimizə də müalicə lazımdır, oluna bilmirik. Mən ürək astması, bacım lal-kar, ruhi xəstədir. Allah da unudub, hökumət də… Sürünürük”.

56 yaşlı Kürdəmir sakini Gülbəniz Novruzova belə deyir. Bildirir ki, birdən huşunu itirir və 2-3 saatlarla özünə gələ bilmir. Həftənin 3 günü təcili tibbi yardım çağırmalı olur. Deyir, hara üz tutursa, sinəsindən itələyib, geri qaytarırlar. Şikayətləri, problemləri ilə maraqlanan yoxdur: “Bacım anadangəlmə problemlidir. Bütün bunlara görə ayda 61 manat pensiya alır. Elə bu evə girən yeganə pul da odur. Düzü, heç nəyə çatmır. 2 nəfərin qidalanması, kommunal xərcləri, müalicəsi 61 manat edir? Mən daha nə edəcəyimi bilmirəm. Özümə qəsd etməyi düşünürəm. Özümə qəsd edim?”.

G.Novruzova deyir ki, heç bir yerdən alacaqları yoxdur. Nə qohum-əqrəba baxır, nə də övladları:

“Dəfələrlə müraciət etmişəm ki, heç olmazsa məni qocalar evinə verin. Deyirlər: “Oğlun-qızın var, sənə baxsınlar”. Bu 10-20 ildə baxmayıblar, indi baxacaqlar? Faktiki 4 ildir düşmüşəm yatağa, oğlumun vecinə də deyil. İndi bilmirəm nə edim. O yerə çatmışam ki, özümü zibilliyə atılmış biri kimi hiss edirəm. İcra Hakimiyyətinə müraciət edirəm, deyirlər, iş verək, işlə. Mən xəstə halımla necə işləyim? Ürəyim sağlam deyil, işləmək qüvvəm yoxdur”.

G.Novruzova əkiz bacısı ilə birgə yaşayır. Aybəniz Novruzova anadangəlmə danışa, eşidə bilmir və ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Buna görə isə ayda cəmi 61 manat pensiya alır. 56 yaşlı bacılar bu pulla dolana bilmirlər. Pensiya yaşlarının çatmasına isə hələ çox var. Onlar yaşaya bilmədiklərini, dövlətin onları qocalar evinə yerləşdirmələrini istəyirlər. Ancaq aldıqları cavab “oğlun, qızın var, baxsın sizə” – olur:

“Mən oğlum qızımla yanaşı dövlətimə də xidmət etmişəm. Kolxozda işləmişəm. Hətta dizimi də zədələmişəm. Necə lazımdır, vergi vermişəm, indi də tələb edirəm, mənə baxsınlar. Mən pulsuz müayinə olunmaq istəyirəm. Xəstəxanaya gedirsən, pul istəyirlər. Nə də pensiya, yardım vermirlər ki, ödəyəm. Nə bacım, nə də mən yaşlılığa gör bir qəpik alırıq. Sosial yardıma da müraciət etmişik. Deyirlər, sizə düşmür. Eləcə aldığımız 61 manatla sürünürük”.

Gülbəniz Novruzova deyir ki, hara müraciət edir, onu get-gələ salırlar. Nə qəbul edirlər, nə də şikayətini dinləyirlər:

“Bəli, 2 oğlum, 2 qızım var. Heç birini oxuda bilməmişəm. Baba-nənə böyüdüb vaxtında. Mən də kolxozda işləməklə, fəhləliklə birtəhər dolanmışam. İndi iş elə gətirib ki, artıq iş qüvvəm yoxdur. Uşaqlar da haray vermirlər. Baxanım da olmadığından az qalıram intihar edim. Nə edim, sirkə içib özümü öldürüm? Az qalıb, çox az”. Şikayətçi deyir ki, dəfələrlə Kürdəmir Rayon İcra Hakimiyyətinə gedib, onladan kömək istəyib:

“Gedib, ağız açıram onlara. Amma onlar məni qəbul etmirlər. Pul umurlar məndən? Pulum olsa, onlara niyə ağız açım ki? Mənə rayon məmurları baxmırlar. Qəbul edəndə də sorğu-sual edir, məni borclu çıxarırlar. Ya da ümumiyyətlə, qəbul etmirlər. Mənə cavab vermirlər. Düşünürlər ki, yəqin dəliyəm. Mənə bir çarə tapsınlar. Ya müalicə etdirsinlər, ya da qocalar evinə yerləşdirsinlər. Mən gedirəm əldən, daha dözə bilmirəm”.

G.Novruzova həyat yoldaşını çoxdan itirib. Övladlarını da çətinliklə böyüdüb. Deyir, indi o qədər pulsuzluqdan əziyyət çəkir ki, heç qışda qazı da yandıra bilmir:

“Xəstə halımla odun doğramaqdan birtəhər oldum. İkimiz də bir otaqda yatıb durmuşuq. Bəs mən biçarə nə edim, başıma haranın daşını töküm? Elə bil bir çöpəm, hər yerdən itələyib atırlar çölə. Mənə çöp qiyməti qoyulmayan yerə necə gedim? Evə gələn qaz buraxır, düzəltdirə bilmirəm. Suyumu da günlərdir kəsiblər, ödəyə bilmirəm, daşıyıram. İşığı da qonşu verib. Bir xətdir. Pulum yoxdur, ödəyə bilmirəm, belə yaşayış olmur. Hansı birini deyim, dərd bir deyil, iki deyil. Hər şeyimiz problemdir”.

G.Novruzovanın işıq, qaz və suya xeyli miqdarda borcu yaranıb. Ona görə bütün kommunal xidmətlərin verilməsini dayandırıblar:

“Qaza 250, işığa 800, suya 25 manat borcum var. Ona görə də hamısını kəsiblər. Gedirəm idarələrə, qapılarını döyürəm, düşünürlər ki, ya qaraçıdır, ya da dilənçi. Ya da fikirləşirlər ki, başında çatmır, gəlir. Pensiya vermirlər, sosial vermilər, əl tutmurlar, sonra da deyirlər, dolan. İki xəstə qadınıq, necə edək, bilmirəm”.

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər