{category-title}
Gündəm / İqtisadiyyat
29.06.2019, 13:11
Azərbaycan neftinin qiyməti 68 dollara çatıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,37 ABŞ dolları və yaxud 0,55% artıb.
"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,67 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.