{category-title}

Siyasətə qisasçılıq gətirmək istəyən Əli Kərimli: - “Yurd” sədrinin siyahısı və cəza vədi…

 

 

Siyasi müxalifətin məqsədi hakimiyyətə gəlməkdir.

Bunun üçün xalq müxalifət birliyinə nail olmaq ən mühüm və vacib şərtdir. Lakin elə qüvvələr var ki, xalqın müxalifətə, müxalifətin də siyasətə olan bugünkü münasibətinin formalaşmasında katalizator rolunda olublar. Nəticədə xalq müxalifətdən, müxalifət də siyasətdən, hakimiyyət uğrunda mübarizədən məhəlli fəaliyyətə sürüklənib. Bu qüvvələr arasında özünü müxalifətin lideri gözündə görən və yəqin ki, bu missiyanın özündən başqa kimsənin boyuna ömürlük biçilməsini istəməyən “Yurd” sədri Əli Kərimli əsas yer tutur. O qədər əsas ki, hətta bir çox ilklər məhz onun adı ilə bağlıdır. Müxalifətdə əbədi müxaliflik ideyasını da o həyata keçirib, bu cameədə demokratik idarəetməyə ilk arxa çevirən də o olub, özündən yaratdığı bütü demokratiya, insan hüquq-azadlıqlarının carçısı kimi sırımağa çalışaraq kompüter başında neçə-neçə insanın hüququnun tapdalanması göstərişi verən də, söyüş, təhdid ritorikasını əvvəlcə sosial şəbəkəyə, oradan da ayrı-ayrı siyasi qrupların içinə daşıtdıran da odur.

Bir nəfər üçün kifayət qədər ilkdir, deyilmi? Kərimli bütün bunları 25 illik aktiv siyasi həyatına sığışdıra bilib. İndi, 21-ci əsrin 20-ci ilinin astanasında da bütün bunları arxasında qoymayaraq, yaşam tərzinə çevirib.

Virtual dünyanın qəhrəmanı Kərimli üçün bu məqsədlərini həyata keçirəcək sosial şəbəkələr geniş meydandır. Bu şəbəkələrə o qədər aludə olub ki, artıq Əli Kərimli real dünyanın deyil, sosial şəbəkələrin siyasətçisinə çevrilib. Bütün fəaliyyəti üçün ona bir neçə kompüter və çox sayda saxta hesab bəs edir. İkisinin “harmoniyası” “Yurd” sədrinə manevr imkanı verir. Bir zamanlar təkcə öz idarəsində 200-ə yaxın saxta “Facebook” hesabı olan Kərimli üçün bura həm də təhdid meydanıdır. Burada xarakterdən irəli gələn, bütün diktatorlara xas qaydaların tətbiqi üçün şərait var. Elə ki, kompüteri açırsan, bir anda demokrata, böyük siyasətçiyə, uğurlu liderə, gələcəyin ümid yerinə çevrilmək mümkündür. Bəyən və istədiyini al. Nədə olsa, heç kəs kompüter arxasındakının üzünü görmür, kimliyini bilmir, belə olan halda təriflətməyə də, qorxutmağa da nə var? Necə ki, “Yurd” sədri edir və etdirir. Rəhbəri olduğu trollar məhz Kərimlinin diktəsi, birbaşa tapşırığı ilə “Facebook”da, “Youtube”da rüzgar əsdirir, “bəy tərifi” yağdırır, “Yurd” sədrinə hətta yüngül irada belə hədə-qorxuyla cavab verir, daha da uzağa gedərək təhdidlər yazırlar. Kərimlinin ünvanına bircə tənqidi fikir kifayətdir ki, qarşıda kompüter arxasından boy göstərən “qəhrəmanları” görəsən.

Siyasətə qisasçılıq gətirmək istəyən Əli Kərimli: - “Yurd” sədrinin siyahısı və cəza vədi…

O “qəhrəmanlar” üçün söyüş, təhqir artıq keçilmiş mərhələdir. İndi təhdid mərhələsi başlayıb. Bu mərhələdə Kərimli ilə bağlı tərifdənkənar bircə ifadəyə “asacağıq”, “kəsəcəyik” cavabı almaq an məsələsidir. İnanmayanlar bircə dəfə cəhd etsin və qarşılaşacaqları mənzərinin necə dəhşətli olacağını görmək üçün bir neçə dəqiqə kifayət edəcək. Dəfələrlə öz jurnalist fəaliyyətimizdə bunun şahidi olmuşuq, şəxsən məni Kərimli ilə bağlı yazdığım tənqidi fikirlərə görə təhqir edənlər, “hakimiyyətə gələn kimi cəzalandırmaq”la hədələyənlər az olmayıb. Real insanlardırmı, yoxsa sadəcə diktə ilə trolluq xidməti göstərənlərdirmi, birmənalı söyləmək çətindir. Amma görünən odur ki, bu fəaliyyət onu tapşıranların da, icraçıların da xoşuna gəlib, işlərinin əsas hissəsi kimi ona zaman ayırır, can-başla yerinə yetirilər.

Bugünlərdə jurnalist İsmayıl Cəlilovla bağlı olay dediklərimizin daha bir sübutudur. Jurnalistin Kərimli barədə söylədiyi sözlər “Yurd” sədrinin xoşuna gəlməyib və anında bircə hərəkətlə trol qrupu iş başına keçib. ABŞ-da yaşayan İsmayıl Cəlilov internet trolların hücumundan şikayətləndiyi videomüraciətlə çıxış edib. Jurnalistin sözlərinə görə, ona qarşı kampaniya Youtube kanalındakı müsahibələrdən birində "Yurd" lideri Əli Kərimlinin ünvanına tənqidi fikirlərin səslənməsindən dərhal sonra sosial şəbəkələrdə başlayıb.
Siyasətə qisasçılıq gətirmək istəyən Əli Kərimli: - “Yurd” sədrinin siyahısı və cəza vədi…
Bundan dərhal sonra İsmayıl Cəlilovun “Facebook” sosial şəbəkəsindəki səhifəsinə Əli Kərimlini dəstəkləyən internet trolları tərəfindən təhqirlər yağmağa başlayıb.

“Mənim “Youtube” kanalımda D18 hərəkatının lideri Ruslan İzzətli ilə müsahibə çıxıb və müsahibəsində o, Əli Kərimlini yüngül formada tənqid edib. Həmin videoda təhqir olmayıb. Jurnalist olaraq, mən heç vaxt imkan vermərəm ki, efirimdə kiminsə ünvanına təhqir səslənsin. Lakin bundan dərhal sonra mənim səhifəmə Əli Kərimlinin trolları hücum çəkdi və təhqiramiz şərhlər yazmağa başladılar. Adi tənqidə şəxsiyyətin alçaldılması ilə cavab verən bu qrupa nə deyəsən?”

Blogerin sözlərinə görə, dəfələrlə dəvət edilməsinə baxmayaraq, Əli Kərimli onun efirinə qatılmaqdan imtina edib. «Əli Kərimli gəlmir, çünki mənim kanalımı çox kiçik hesab edir. 4 min nəfərlik auditoriyam onun üçün çox balacadır. Amma əgər məndə belə az tamaşaçı varsa, nəyə görə Əli Kərimlinin tərəfdarları kanalımdan belə qorxurlar? Nəyə görə mən səhərdən axşama qədər onların təhqir dolu şərhlərini pozmalıyam? Əli Kərimli, mən sizə müraciət edirəm, tərəfdarlarınıza deyin ki, media nümayəndələrinə hücum etmək olmaz. Onları yığışdırın. Məndə belə bir qorxu yaranır ki, siz hakimiyyətə gəlsəniz, nə baş verər? Müxalifətdə olduğunuz halda tərəfdarlarınız jurnalistlərə hücum edir. Əgər real hakimiyyət qazansanız..."

Göründüyü kimi, tənqiddən söhbət belə gedə bilməz, qarşı tərəfi susdurmaq üçün əsasən söyüşdən, hədə -qorxudan, təhdiddən istifadə edirlər. Zaman kimi “hakimiyyətə gələcəkləri” möhlətini verir və açıq-aydın şəxsi cəzalandırma, qisasçılıq ruhunda köklənərək cəmiyyəti də buna sürükləyirlər.

Ən təhlükəlisi də məhz budur- qisasçılıq. Kərimli təkcə Azərbaycan siyasətinə yox, həm də ümumən həyatımıza qisasçılığı gətirməyə istəkli adamdır. İstəyinin təminində neçə-neçə gəncdən yararlandığı, kimlərə hansı vədləri verdiyi, kimləri hansı vasitələrlə ələ alıb yanında saxladığını “Yurd” sədrinə yaxın olan dairələr yaxşı bilir.

Sosial şəbəkələr Kərimlinin “müdafiəsinə” qalxan “alovlu başlarla” doludur. Hətta o qədər irəli gediblər ki, Kərimlini bəyənməyənlərin, tənqid edənlərin, etirazını bildirənlərin siyahısını hazırlayıblar.
Siyasətə qisasçılıq gətirmək istəyən Əli Kərimli: - “Yurd” sədrinin siyahısı və cəza vədi…
Bu siyahı onlara gələcəkdə bu şəxslərin cəzalandırılması üçün lazım olacaq. Hər çıxışında cəmiyyətə demokratiya, hüquq və azadlıqların təmini, yaxşı həyat, sosial ədalət vədi verən Kərimlinin olan və əslində olmayan müdafiəçiləri əllərində siyahı dolaşır, bunu sosial şəbəkələrdə bəyan edir, tənqidlər artdıqca, siyahı da uzanır, “hakimiyyətə gələcəkləri gün” qisas vədi alanların sayı artır. Kərimli bununlamı ölkəyə demokratik idarəetmə gətirməyi düşünür? İfadə azadlığını beləmi təmin edəcək? Söz azadlığından anlayışı budurmu?
Cebhe.info

Son xəbərlər

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Bütün xəbərlər