pressxeber.info
pressxeber.info

Nazir müavini: "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üçün siyasi iradə mövcuddur"

19 dəfə baxılıb 25-06-2019, 10:36

Nazir müavini: "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üçün siyasi iradə mövcuddur"

 

 

"İqtisadiyyat Nazirliyi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı ikinci könüllü milli hesabatı gələn ay BMT-yə təqdim edəcək".

"Report" xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri proseslərinin mürəkkəbliyi çox güclü təsisatlar, dayanıqlı və davamlı yanaşma tələb edir: "Bunun icrası ilə bağlı siyasi iradə mövcuddur. Hesabatlılığın vacib olduğunu nəzərə alaraq monitorinq və qiymətləndirmə üçün İşçi qrupu yaradılıb".

Nazir müavini qeyd edib ki, Azərbaycan İKT xidmətlərinin çatdırılması sahəsində qabaqcıl təcrübəyə malikdir və bunu da digər ölkələrlə paylaşmaq istəyir: "Azərbaycan müstəqilliyinin erkən mərhələsində dövlət xidmətlərinin təkmilləşdirilməsi və şəffaflıq, hesabatlılıq prinsiplərini üstün tuturdu. ASAN xidmət çox şəffaf şəkildə dövlət xidmətlərini çatdırır və məmnuniyyət səviyyəsi çox yüksəkdir".

S.Həsənova əlavə edib ki, 2020-ci ildə növbəti Bakı regional Dayanıqlı İnkişaf Məqsədlərinə dair forum keçiriləcək. 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi