{category-title}
Gündəm / Siyasət
24.06.2019, 13:00
Bakı bu yolu bağladıb, savaşa başlayacaq – İrəvanda qorxu
Gürcüstanda baş verənlərin Ermənistan üçün ciddi nəticələri ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın eks-deputatı Qrant Baqratyan paylaşıb.
“Azərbaycan kəşfiyyatı aktivləşib. Gürcüstanla Rusiya arasında hazırkı münasibətlərdən istifadə edərək, quru yolunun bağlanmasına çalışırlar. Gürcülər üçün bu o qədər də qorxulu deyil, amma nəticədə bu Ermənistanla dəmiryol əlaqələrinin qapadılmasına səbəb olacaq. Bundan sonra Azərbaycan Ermənistana qarşı müharibəyə başlayacaq”, – deyə o bildirib.