{category-title}

İqtisadçı-ekspert: "Fiziki şəxslərin sosial ödənişlər mexanizmi təkmilləşdirilməlidir"

 

Minimum əməkhaqqı və ona uyğun olaraq orta aylıq əməkhaqqının artırılması sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi mexanizminin təkmilləşdirilməsi məsələsini bir daha gündəmə gətirir.

Bu fikirləri İctimai Televiziyanın "Diqqət Mərkəzi - Yekun" verilişində “Report”un müxbirinin sualına cavabında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, sosial paketlə yanaşı, sosial paketin fəlsəfəsinə uyğun olaraq bir sıra digər dəyişikliklərin də həyata keçirilməsinə ehtiyac var:

"Xüsusən də kiçik və orta sahibkarların, yəni VÖEN-i olan fiziki şəxslərin, sosial ödənişlərinin hesablanması qaydasının dəyişilməsi gündəmə gəlir. Minimum əməkhaqqı artırsa, təbii ki, fiziki şəxslərin daha çox sosial ödəniş həyata keçirməsi müşahidə olunacaq. Ona görə də, minimum əməkhaqqı ilə əlaqəni azaltmaq yaxud ləğv etməyə ehtiyac var ki, minimum əməkhaqqının artması digər kateqoriyalı vətəndaşlarımız və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətini həyata keçirən vətəndaşlarımız üçün əlavə xərc yaratmasın."

İqtisadçı-ekspert istehlak səbətinin yenidən baxılması və artırılması məsələsinə də toxundu.

"Eyni zamanda, yaşayış minimumuna və istehlak səbətinə yenidən baxılmasına və, təbii ki, artırılmasına da ehtiyac var. İstehlakın artımını nəzərə alsaq, səbətin tərkibindəki məhsulların payına yenidən baxılması, müasir tələblərə və çağırışlara uyğunlaşdırılması, həmçinin, istehlak səbətinə yeni xidmətlərin daxil edilməsini də zəruri edir".

Son xəbərlər

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər