{category-title}

“İrşad Telekom” sizi belə aldadır – 500 manat...

 “İrşad Telekom” müştərilərini özünün veb saytında yalan məlumatlarla aldadaraq mağazalara cəlb edir.

Axar.az xəbər verir ki, mağazanın “Onlayn satış” bölməsində qoyulan şərtlər bir-birini təkzib edir və kreditdən yararlanmaq istəyən müştəriləri “toruna” salır.

Belə ki, seçim zamanı dəyərindən asılı olmayaraq məhsul ilkin ödənişsiz və aylıq hissələrə bölünərək müştəriyə təqdim edilsə də, əlaqə zamanı məlumatın əksi deyilir. Yalnız 500 manata qədər olan məhsulu ilkin ödənişsiz götürməyin mümkün olduğunu bildirilir. 500 manatdan yüksək məhsullar üçünsə 50%-lik ilkin ödəniş tələb edilir. Halbuki bununla bağlı saytda heç bir məlumat yoxdur.

Eləcə də kredit şərtləri haqda məlumat verən bölmədə də maddələr bir-birini təkzib edir.

Xatırladaq ki, “İrşad Telekom” mağazalar şəbəkəsinin adı bundan əvvəl də müxtəlif neqativliklərdə və yalan vədlərdə hallanıb. Şəbəkənin həyata keçirdiyi reklam kampaniyalarının birində yeni açılmış filialda satılan bütün smartfonlara ilkin ödəniş tələb olunmadığı bildirilsə də, mağazaya gedən müştəri 10-20 faiz dəyərində komissiya haqqı verməli olduğunu öyrənir.

Digər bir şikayətdə isə şirkətin məhsullarına yalandan 1 illik “qaranti” verdiyi, əslində isə qaranti kağızına əhəmiyyət vermədikləri üzə çıxmışdı.
 

Son xəbərlər

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Bütün xəbərlər