{category-title}

""Dəmirbank" ASC ləğv olunubsa mənim nə günahım var ki..." - GİLEY

 

 

Astara şəhər sakini Rəşad Həsənov DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır:

"Salam, hörmətli Dia.az saytının rəhbərliyi. Mən 02.07.2014-cü il tarixində 410003015 saylı müqavilə ilə 0,78 AZN məzənnə ilə "Dəmirbank" ASC-nin Bərdə Filalından 8945 (səkkiz min doqquz yüz qırx beş) ABŞ dolları kredit borcu almışam. Kreditin 7613 (yeddi min altı yüz on üç) dollarını devalyasiyadan sonra 1.05 məzənnə ilə qaytarmışam. Lakin adımı "Problemli kredit məlumatların sorğulanması"na borcalan kimi məlumatları daxil etsəm də axtarış üzrə nəticə tapılmadı, yəni adım siyahıda yoxdur. "Dəmirbank" ASC ləğv olunubsa mənim nə günahım var ki, adım "Problemli kredit məlumatların sorğulanması" siyahısında olmasın.Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmannın 1.1 bəndi (2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi) mənə şamil olunduğu halda niyə mən bu imtiyazdan məhrum edilmişəm. Mən “Dəmirbank”a artıq ödədiyim məbləği səngərdə xidmət edərək aldığım maaşla ödəmişəm.

Mən Sizə bütün Maliyyə Bazarlarına Palatasında fəaliyyət göstərən Apellyasiya Komissiyasına ödəmə qəbzlərini göndərirəm. 15 aprel 2019-cu il tarixdə də bütün sənədləri Maliyyə Bazarlarına Palatasında fəaliyyət göstərən Apellyasiya Komissiyasına 301,311,2130,1267,6246, 9847,9873 və 9876 saylı müraciətlərlə göndərmişəm. Amma Komissiyanın saytında hər dəfə yazır ki, "Emal zamanı xəta baş verdi". Birdəki Apellyasiya Komissiyasının mənim şikayətimə aid məlumatlar bölməsində yoxlanma aparılmadığı halda sorğu göndərilib.Əgər bir məlumat yoxlanılmayıbsa necə sorğu göndərilə bilər?Sadəcə mən dövlət orqanlarına "Dəmirbank"ASC barəsində şikayət etdiyimə görə məni süründürürlər. Bütün sənədləri Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində yaradılmış Apellyasiya Komissiyasına təqdim etmişəm. Lakin şikayətimə baxılmadan, məni süründürmək üçün daha 30 iş günü şikayətimə baxılma müddətimi uzatdılar.Məgər bir insanı şikayət etdiyinə görə incitmək olarmı?
Xahiş edirəm köməklik göstərəsiniz".(Dia.az)

Son xəbərlər

Ayrılan pullar bizə çatmır - Zelenski

Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır

Həmid Nurinin oğlu da İsveçdə həbs edildi

Kreml Puqaçova ilə bağlı açıqlama yaydı

“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR

Milli Məclisin növbəti iclasının TARİXİ

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Bütün xəbərlər