{category-title}

Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: - “Bu müştərilərin adlarının siyahıya düşməməyi...”

 

 

Bir müddət əvvəl “Unibank” Dəstəgül Vəliyeva adlı vətəndaşa Prezident fərmanına uyğun olaraq 370 AZN kompensasiya verəcəyini bildirib.

Xanım banka müraciət etdikdə isə onlar xanıma kompensasiya ilə bağlı çağıracaqlarını deyiblər. Lakin bir müddət sonra "Unibank" rəhbərliyi xanıma kompensasiya düşməməsi ilə bağlı məlumat göndərib . Səbəbini isə texniki problemlə izah ediblər.

Belə ki, xanımın “Flexi kredit" öhdəliyi lizinq müqaviləsi əsasında formalaşıb. Fərman isə yalnız kredit öhdəliklərinə şamil edilir. “Unibank” sonradan araşdırma apararaq lizinq müqaviləsi ilə bağlı öhdəliklər aşkar edərək nəticədə xanımın adını siyahıdan çıxarıb.

Maraqlıdır, “Unibank” indiyədək Prezident fərmanı ilə tanış deyildimi? Lizinq öhdəlikləri niyə xanıma 370 AZN kompensasiya düşdüyü haqqında məlumat göndərilmədən öncə araşdırılmayıb? Texniki xəta adı ilə buna laqeyd yanaşma nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən bankın İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinova səbəbi siyahının Mərkəzi Kredit Reyestrindəki məlumatlar əsasında formalaşması və lizinq öhdəlikləri üzrə kreditlərin də reyestrdə olduğundan, bu müştərilərin adlarının siyahıya düşməməyi ilə izah edib:

““Flexi kredit” öhdəlikləri lizinq müqaviləsi əsasında formalaşıb. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanına əsasən, kompensasiya ödənişləri yalnız kredit (pul) öhdəliklərinə şamil edilir, lizinqə və ya ticarət obyektlərindən kreditlə (nisyə) alınmış mallara görə kompensasiya ödənişi aparılmır. 

Prezident fərmanı və həmçinin lizinq müqaviləsi ilə təbii ki, daha əvvəldən tanışıq. Lakin “Flexi kredit” üzrə müştərilərin adlarının ilk mərhələdə kompensasiya siyahısına salınması, texniki problemlər səbəbindən olmuşdur. Belə ki, siyahı Mərkəzi Kredit Reyestrindəki məlumatlar əsasında formalaşdığından və lizinq öhdəlikləri üzrə kreditlər də reyestrdə olduğundan, bu müştərilərin adları siyahıya düşmüşdür. Lakin sonradan sənədlərdə araşdırılma aparılaraq, lizinq müqavilələrinə bağlı öhdəliklər aşkar edilmiş və fərmana aid edilmədiyindən, kompensasiya ödənişi siyahısından çıxarılmışdır”. 

Son xəbərlər

Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Bütün xəbərlər