{category-title}

Səfir: Azərbaycanın iştirakçısı olduğu enerji və nəqliyyat layihələri bütün region ölkələrinin inkişafına böyük töhvə verir

 

ABŞ-da böyük nüfuza malik Con Batçelor Şou radio proqramı Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə götürüb.

Trend-in məlumatına görə, jurnalist Con Batçelor Mərkəzi Asiyaya səfəri ərəfəsində Azərbaycanın bu region ölkələri üçün inkişaf modeli olmasına dair fikirlər səsləndirib.

Müsahibədə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin ortaq tarixə və mədəniyyətə malik olmasına toxunan səfir E.Süleymanov regionun ümumi inkişafı üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb. Ölkəmizin iştirakçısı olduğu enerji və nəqliyyat layihələrinin bütün region ölkələrinin inkişafına böyük töhvə verdiyini qeyd edib. Azərbaycanda innovasiyalara imza atmış ASAN Xidmətin artıq Əfqanıstan və Mərkəzi Asiya ölkələrində tətbiqinə başlanılmasının bu təcrübənin səmərəli olmasından xəbər verdiyini və ölkələr arasında bu və digər istiqamətlərdə təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

Ramsfeld Fondunun Mərkəzi Asiya və Cənubi Qafqaz Qrupunun (CAMCA) növbəti illik iclasının Özbəkistanda keçiriləcəyinə toxunan səfir bu təsisatın ölkələrin dövlət və özəl sektorları arasında əməkdaşlığın inkişafına vurğu etməsi və iştirakçı tərəflərin faydalanmasından bəhs edib.

Daha sonra diqqəti ölkəmizə yönəldən C.Batçelor Azərbaycanın Ermənistanla uzun müddətdir ki münaqişədən əziyyət çəkməsini xatırladıb, 31 may tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusunun mayoru Adil Ömərovun snayper ilə qətlə yetirilməsinə diqqət çəkib.

Səfir münaqişə tərəfinin kim olmasından asılı olmayaraq, insan ölümünün faciəvi bir hal olduğunu, qətlə yetirilmiş mayorun ailəsi kimi, bütün Azərbaycan xalqının bu itkidən kədərləndiyini bildirib, Ermənistan tərəfinin bu kimi hallara son qoymalı olduğunu vurğulamyıb. Xüsusilə, son hadisələr fonunda - ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycanda sülhün tezləşdirilməsi üçün danışıqlar apardığı zamanda Ermənistan tərəfindən belə bir addımın atılmasının qəbuledilməzliyini vurğulayıb.

Ermənistan tərəfinin sülh üçün ya hazır olmadığını, ya da bunu istəmədiyini qeyd edən səfir, Ermənistanın inkişafı və erməni xalqının rifahı üçün sülhün vacibliyi və cəmiyyətin buna hazır olması, etimad quruculuğu tədbirlərinin yaradılmasının əhəmiyyətini qeyd edib. Lakin son baş verən hadisənin Ermənistan tərəfinin tam əksinə fəaliyyət göstərdiyinə sübut olduğunu vurğulayıb, bu təxribatın davamlı olmayacağına ümidini ifadə edib.

Müsahibənin tam versiyası ilə BURADAN tanış olmaq mümkündür.

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər