{category-title}

Beyləqanda torpaq qalmaqalı... - İş məhkəmədədir

 

 

Readaksiyamıza daxil olan məlumata əsasən Beyləqan şəhər sakinlərin ümumi istifadəsində olan dövlət torpaqlarının qanunsuz olaraq zəbt edən “Beyləqan Bazar” ATSC-nin idarə heyətinin sədri Əhmədov Xəqani Xasay oğlu rayon sakini Vüqar Qasımov tərəfindən məhkəməyə verilib. Hazırda Bazar sahibi X.Əhmədova qarşı olan Vüqar Qasımovun iddiası Beyləqan rayon məhkəməsində icraata götürülərək baxılmaqdadır. Xatırladaq ki hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edən subutların təmin olunması məqsədi ilə iddiaçı Vüqar Qasımovun mülki iş üzrə məhkəməyə verdiyi vəsatəti və ərizələri əsasında məhkəmə tərəfindən aidiyyatı qurumlara artıq rəsmi sorğular göndərilsədə bu günə kimi həmin qurumlar tərəfindən məhkəmə sorğuları təmin edilməmişdir. Eyni zamanda Beyləqan rayon məhkəməsində icraata götürülərək baxılan Vüqar qasımovun iddiasının hüquqi əsaslı olduğunu AR ƏMDK-nın Beyləqan Ərazi üzrə Şöbəsi tərəfindən də təsdiq edilmişdir. AR ƏMDK-nın Beyləqan Ərazi üzrə Şöbəsinin məktubunda X.Əhmədov tərəfindən 1199 kv/m dövlət torpaqlarının qanunsuz olaraq zəbt edilməsi göstərilsə də, iddiaçı Vüqar Qasımov bununlada razılaşmamış və əldə etdiyi məlumata əsasən məhkəməyə bildirmişdir ki, həqiqətdə X.Əhmədov tərəfindən təxminən 3000 kv/m qanunsuz torpaq zəbti edilibdir. 
Qeyd edək ki, eyni anoloji hal üzrə bir müddət əvvəl Beyləqan şəhər sakini Mehdiyev Zakir Əjdər oğlu tərəfindən Beyləqan rayon məhkəməsində digər sahibkara qarşı iddia qaldırılmış, məhkəmə icraatına qəbul edilərək baxılmaqla qətnamə qəbul edilmişdir. Hazır ki, məsələdə sadəcə fərqi ondan ibarətdir ki, vətəndaş Z.Mehdiyev öz iddiasını hüquqi əsaslandıra bilmədiyi və həmin sahibkarın dövlət torpaqların qanunsuz zəbt etməsi barədə məhkəməyə heç bir sübut və dəlil təqdim edə bilmədiyindən iddiası əsassız olduğundan Beyləqan rayon məhkəməsi tərəfindən rədd edilmişdir. Hazır ki, Vüqar Qasımovun Beyləqan rayon məhkəməsində Bazar sahibinə qarşı qaldırdığı iddia tələbi hüquqi əsaslı olduğu kimi, təqdim olunmuş sənədlərlə dövlət torpaqlarını X.Əhmədov tərəfindən qanunsuz zəbt etməsini açıq-aşkar sübut edilmişdir.
Həmin mülki iş üzrə iddiaçı Vüqar Qasımov tərəfindən AR Ali Məhkəməsinə, Şirvan Apellyasiya Məhkəməsinə, AR Məhkəmə-Hüquq Şurasına, AR Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinə və işi aparan Beyləqan Rayon Məhkəməsinin hakimi Nəsrullah Əliyevə rəsmi olaraq göndərilmiş (subutları) sənədlərini video ilə Sizlərə təqdim edirik:

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Ardı var.
 \\xalqxeber.az\\ 

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər