{category-title}

Gədəbəydə narazılıq yaradan kimdir? - GİLEY

 

Gədəbəy rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Yediyarovun hakimiyyəti dövründə sahibkarların incidilməsi, hüquqlarının, ələlxüsus da mülkiyyət hüquqlarının pozulması halları barədə şikayətlər yayılırdı. Yediyarovun rayon rəhbərliyindən kənarlaşdırılmasının əsas səbəbi kimi də məhz bu neqativ Gədəbəy rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Yediyarovun hakimiyyəti dövründə sahibkarların incidilməsi, hüquqlarının, ələlxüsus da mülkiyyət hüquqlarının pozulması halları barədə şikayətlər yayılırdı. Yediyarovun rayon rəhbərliyindən kənarlaşdırılmasının əsas səbəbi kimi də məhz bu neqativ hallar göstərilirdi. Ancaq görünür, bu müstəvidə hüquqpozmalar oturuşmuş bir mənfi tendensiyaya çevrilmişdir və hazırki icra başçısı cənab İbrahim Mustafayevin dönəmində də ətalət qüvvəsi ilə davam etməkdədir. Sahibkarlara təzyiq göstərmək, lazım gəldikdə onları aldatmaq üçün önə çıxarılan fiqurlar isə RİH-nin ərazi vahidləri üzrə nümayəndəliklərinin sədrləridir. Belə qərarlara qarşı çıxan nümayəndələr işləyə bilmir, hətta nəinki vəzifələri ilə, hətta sıxıntıya məruz qalaraq həyatları ilə də vidalaşırlar. Məsələn, aqibətləri aprelin 3-də RİH başçısı İbrahim Mustafayevin qəbulunda ürəktutmadan halı pisləşən, daha sonra elə İcra Hakimiyyətinin binasını tərk etməmiş dünyasını dəyişmiş Qaradağ kənd icra nümayəndəsi Cahangir Qasımovun aqibəti kimi ola bilər.

Lakin Gədəbəy rayonunda dəyişən icra başçılarının sevdikləri, yaxud, işini bəyəndikləri, yaxud, gücləri çatmayacaq qədər «toxunulmaz» olan bir dövlət qulluqçusu var — Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi. Dairəsi üzrə nümayəndəsi Bayramov Şahbaz Saleh oğlu. Gədəbəy şəhəri, Nizami küçəsi — 19 ünvanda yaşayan vətəndaş Orucova Maya Musa qızının redaksiyamıza etdiyi şikayətin əsas qəhrəmanı da məhz odur — Şahbaz Bayramov. «İcra başçısı mənə dedi ki, Şınıx — Şəmkir yolunun üstündəki 42 kv/metr sahəsi olan obyektim sökülüb yenidən tikilməlidir. Rayona turistlər gəlir, abadlıq işləri çərçivəsində obyektlər də müasir görkəmdə olmalıdırlar. Mən razılaşdım, amma qabaqcadan bildirdim ki, bu işləri görmək mənim imkanım xaricindədir. Özümün 75, həyat yoldaşımın 90 yaşımız var. YAP üzvüyəm. Oğlum Qarabağ müharibəsi veteranıdır, hər iki gözdən əlildir. Özünüz abadlaşdırıb qaytarıb mənə təhvil verəcəksinizsə, buyurun, sökün, yenidən tikin. Ertəsi gün şəhər icra nümayəndəsi Bayramov Şahbaz gəldi, yanında da fəhlələr və polis işçisi. Dükanı sökdülər. Yenidən qurulması adı ilə elə özümə məxsus köhnə materialları istifadə etdilər. Damına 3-4 ədəd dəmir örtük, 6-7 ağac vurdular. Vəssalam, dedilər ki, təmirin qalan hissəsini özün elətdir. Bundan sonra düz 5 dəfə başçının qəbuluna getdim, şərtimizi xatırlatdım. Söhbətimizin detallarını yadına saldım. Dedim ki, obyektin icarəyə verilməsindən əldə etdiyim qazanc böyük ailəmin dolanışığı üçün yeganə gəlir mənbəyidir. İndi isə pensiya ümidinə qalıblar ki, bu da yetərli deyildir. Başçı mənə dedi ki, məni maraqlandırmır, get nə cür tikirsən tik, tikmirsən qoy o qaydada dursun». Şikayətçi onu da qeyd edir ki, başçı onunla görüşlərindən birində deyib ki, onun obyektinin təmiri üçün icra hakimiyyəti şəhər nümayəndəliyinə 3 min manat pul ayırıb. Maya xanımın sözlərinə görə, çox ticarətçi sahibkara belə təzyiqlər göstərərək obyektlərini öz hesablarına təmir etdiriblər, həmin təyinata ayrılan pulları isə mənimsəyiblər. Şikayətdə o da bildirilir ki, Bayramovun özünün Gədəbəy şəhərində 3 komisyon dükanı var: «Qızıltorpaqdakı və Gədəbəy şəhərindəki möhtəşəm evlərinə baxanda adamın ağzı açıla qalır. 1 milyonluq körpü qurmuşdular Şınıxla Gədəbəyin arasında. Pulunun çoxunu mənimsədi, dedi əlimin içindən gəlir, rayonun yiyəsi mənəm, hara deyirsiniz deyin, Bakı Əliyevlərin, gədəbəy də mənimdir». Xatırladaq ki, Gədəbəyin «mer»indən əvvəllər də xeyli şikayətlər olub. Bəzi qovğaları, çəkişmələri hələ indi də davam edir, amma çözülməyib.


Gədəbəydə narazılıq yaradan kimdir? - GİLEY

DİA.AZ bildirir ki,artıq qarşı tərəf olaraq Gədəbəy RİH-dən şikayətə REAKSİYA VERİLİB. 

Son xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Bütün xəbərlər