pressxeber.info
pressxeber.info

Hacı Salayev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

93 dəfə baxılıb 12-06-2019, 10:00

 

Hacı Salayev nümunəvi deputat kimi daim seçilir!


Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Parlamentdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edən deputat Hacı Salayevdir.

Parlamentdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edən deputat Hacı Salayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! 

Hacı Salayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Hacı Salayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Hacı Salayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Hacı Salayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Hacı Salayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Deputat kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Salayev Hacı Hacı-Baba oğlu 28 iyun 1968-ci ildə Sumqayıt şəhərində anadan olub. 1975-1985-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Plan-iqtisad fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1985-ci ildən Azərbaycan Dövlət İdman Komitəsi “İdman” İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlamış, sonradan əmtəəşünas və iqtisadçı vəzifələrində çalışıb.

1986-1988-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

1991-1996-ci illərdə Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat birliyinin “Şəbəkə” filialının direktoru vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) həqiqi hərbi xidmətdə olub. Xidmət etdiyi müddət ərzində əməliyyat müvəkkilindən şöbə rəisi vəzifəsinədək ucalmışdır.

 

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Parlamentdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edən deputat Hacı Salayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Deputat Hacı Salayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

 

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

 

Amma mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Parlamentdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edən deputat Hacı Salayevin məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Parlamentdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edən deputat Hacı Salayevi nüfuzdan salmağa çalışırlar.

 

PressXeber.info  olaraq araşdırma zamanı məlum oldu ki, bütün bunlar yalan və şantaj xarakterli xəbərdir. Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Hacı Salayevi  şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. Hamıya məlumdur ki, yalan ayaq açsa da yerimir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. Hacı Salayevin şəxsi və işgüzar nüfuzuna xələl gətirmək istəyən insanların çirkin niyyətinə çatmayacağı da hamıya məlumdur.

 

P.S. PressXeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Parlamentdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edən deputat Hacı Salayevin bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Parlamentdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edən deputat Hacı Salayevin şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi