{category-title}

 

Xəlil Göyüşov: Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik tarixi milli sərvətdir

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında əvəzolunmaz və unudulmaz xidmətləri barədə fikirlərini açıqlayan YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri ölçüyəgəlməzdir.
Bütün həyatını Vətəninə, xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti tariximizdə dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı daim bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Dahi şəxsiyyət Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində müasir, müstəqil, qüdrətli Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirmişdir. Azərbaycanın uğurlu gələcəyi naminə təkmil inkişaf konsepsiyasını hazırlayan və davamlı uğurlara imza atmasına nail olan dahi şəxsiyyət Heydər Əliyevin “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dahi liderin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin aydın ifadəsidir.
Ulu Öndərin xidmətlərindən bəhs edərkən ilk olaraq dahi rəhbərin xilaskarlıq missiyası göz önünə gəlir. Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməkdən, parçalanmaqdan xilas edən dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması növbəti uğurlar üçün möhkəm zəmin yaratdı. Məlum olduğu kimi, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olsa da, müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi bu marağın azalmasına, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə sabitliyin yaradılması bu tərəddüdlərin aradan qalxmasını şərtləndirdi. Belə ki, 1994-cü ilin 20 sentyabrında tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft kontraktları imzalandı. Bu müqavilə Azərbaycanın iqtisadi imkanlarının artmasında, dünya iqtisadi sisteminə inteqrasiyasında əhəmiyyətli rol oynamaqla yanaşı, növbəti sazişlərin imzalanmasına geniş yol açdı. Məhz bu uğurlu yolun nəticəsidir ki, indi dünya artıq “Cənub” qaz dəhlizinin perspektivlərindən, Azərbaycanın dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatında günbəgün artan rolundan bəhs edir. Möhkəm təməl üzərində inamla addımlayan Azərbaycan beynəlxaq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə, etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də əsası 1994-cü ilin sentyabrında qoyulan uğurlu neft strategiyasının nəticəsidir.
Ulu Öndər iqtisadi inkişafı demokratikləşmə prosesindən ayrı təsəvvür etməyərək bu sahədə də bir-birindən əhəmiyyətli uğurlara imza atdı. Ölkəmizdə müstəqil dövlətin təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı ki, bunun da əsasını müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin demokratik inkişafın əsas atributları olan insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atdığı mühüm addımların, bir sözlə, yaratdığı möhkəm təməlin nəticəsidir ki, bu gün Azərbaycanın demokritk təcrübəsi digər ölkələrə nümunə göstərilir.
İqtisadi və siyasi islahatların vəhdətinin qorunması fonunda Azərbaycan beynəlxalq münasibətlər sistemində də yerini və rolunu möhkəmləndirdi. Dahi şəxsiyyətin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılmış informasiya blokadası yarıldı, dünya ictimaiyyəti əsl həqiqətlərin öyrənilməsinə və düzgün dəyərləndirilməsinə maraq göstərdi. Ən əsası, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyi, həmrəyliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2001-ci ilin noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi bu istiqamətdə atılan mühüm addım oldu. Bu gün böyük qürur hissi keçiririk ki, soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edirlər və dünyada cərəyan edən proseslərə təsir imkanlarına malikdirlər. 
Dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərindən danışarkən onun ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı olduğunu xüsusi qeyd etməliyik. Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisi olan Yeni Azərbaycan Partiyası təsis konfransını 1992-ci il noyabr ayının 21-də müxtəlif regionlardan təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsinin iştirakı ilə keçirdiyi halda, bu gün öz sıralarında 670 minə yaxın üzvü birləşdirir. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, hazırda Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevə inamın təsdiqidir. 
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə qısa baxış bir daha belə bir ümumiləşdirməyə və reallığı təsdiqləməyə əsas verir ki, bugünkü müasir müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Bu əsəri ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyi ilə zənginləşdirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün ən yüksək zirvədədir. 

 

Xəlil Göyüşov

 

"Körpü-Bina Tikinti" MMC rəhbəri 

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər