{category-title}

Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun böyük Azərbaycan şairi İmadəddin Nəsimi barədə “Orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində İmadəddin Nəsiminin mənəvi irsi” sərlövhəli məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin dahi şairin 650 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından və dövlət başçısı tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsindən söhbət açılıb, Nəsiminin həyatı, fəaliyyəti, əsərləri barədə geniş məlumat verilib. Həmçinin onun mənəvi və fəlsəfi ideyalarının bəşəriyyəti ümumi dəyərlər ətrafında birləşməyə, ədalətsizliyə qarşı mübarizəyə səslədiyi xüsusi vurğulanıb.

Yazıda bildirilib ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyi ilk dəfə hələ sovetlər birliyi dövründə 1973-cü ildə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. Bu yubiley tədbirləri nəinki Bakıda və bütün Azərbaycanda, hətta Moskvada və Parisdə, UNESCO-nun qərargahında da təşkil olunub. Ümummilli Liderin təşəbbüsü nəticəsində Nəsimi ilə bağlı ciddi tədqiqatlar aparılıb, qüdrətli şairin yaradıcılığının hərtərəfli öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb.

Qeyd edilib ki, 2018-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ilk dəfə Beynəlxalq Nəsimi Festivalı təşkil olunub, dünyanın 10-dan çox ölkəsindən gələn Nəsimişünas alimlərin iştirakı ilə elmi konfranslar, simpoziumlar, kitab təqdimatları və sərgiləri keçirilib. Məqalədə vurğulanıb ki, həmin ilin noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalayıb və 2019-cu il yanvarın 15-də dövlət başçısının digər müvafiq Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib.

Son xəbərlər

“Semka” da həbs edildi

KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb

Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto

Otuzdan çox həmkarını İrana qarşı sanksiyalara çağırdı

Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Paşinyan Putinin andiçməsinə gedəcək?

Tanınmış rusiyalı müxalif yazar həbs olundu

“Müğənnilər qadağan olunmuş əzalarını göstərirlər” - Xalq artisti

“Qarabağda erməni yoxdursa, sülhməramlıların orada nə işi var?” - Zatulin

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə start verilir

Prezident Şirvan suvarma kanalının təməlini qoydu

Fateh Can: Fədakar alim və cəfakeş ana

Ələt-Astara magistralında təhlükəli vəziyyət

Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq

HƏMAS İsrailə güzəştə getməkdən imtina edib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verildi

Adəmin atasına 30 sutka həbs verildi

Çingiz Abdullayev qidadan zəhərlənib? - Rəsmi

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Sabah 27 dərəcə isti olacaq - HAVA PROQNOZU

“Boynum sınaydı, bu sənətə gələndə” - Mətanət İsgəndərli

Bütün xəbərlər