{category-title}

Azərbaycan və İtaliya birgə reaktiv təyyarələr istehsal edəcək

 

 

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev iyunun 4-də İtaliyanın aparıcı müdafiə sənayesi şirkətlərindən olan “Leonardo”nun baş direktoru Lorenzo Marianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Y.Musayev Azərbaycan ilə İtaliya arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını məmnunluqla ifadə edib.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət istiqamətlərindən və sahə üzrə əldə olunan uğurlardan danışıb.

O, “Leonardo” şirkətinin ötən il Bakıda keçirilən “ADEX-2018” sərgisində iştirakından məmnun olduğunu bildirib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Leonardo” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparılıb. “Leonardo” şirkətinin məhsulu olan reaktiv təlim-məşq təyyarələrinin istehsalı və texniki xidmətlərin göstərilməsi ilə bağlı birgə layihələrin icrası ətrafında geniş fikir mübadiləsi aparılıb Bu istiqamətdə hər iki tərəfin ekspertləri tərəfindən danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

Nümayəndə heyətinin rəhbəri Lorenzo Mariani səmimi qəbula görə təşəkkürünü bildirib. O qeyd edib ki, “Leonardo” şirkəti Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlığını İtaliya - Azərbaycan münasibətlərinə uyğun davam etdirmək və bu istiqamətdə öz töhfəsini vermək niyyətindədir.

Görüşdən sonra nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat Müəssisəsində olub.

Qeyd edək ki, “Leonardo” şirkəti müdafiə və təhlükəsizlik sahəsində müxtəlif çeşiddə məhsulların yaradılması və istehsalı üzrə tanınan şirkətlərdəndir.

Son xəbərlər

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Prezident Rusiyadadır

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Bütün xəbərlər