{category-title}

Şimali Osetiya – Alaniya Respublikasında 28 May - Respublika Günü qeyd olundu

 

Şimali Osetiya – Alaniya Respublikasında 28 May - Respublika Günü qeyd olundu

Bu gün Şimali Osetiya Azərbaycan Konqresinin Mərkəzi ofisində Konqresin fəxri Prezidenti Şahin Məmmədovun, Konqresin sədri Murtaza Gülməmmədovun, Konqresin Ağsaqqallar Şurasının sədri Ələkbər Quliyevin, Konqresin Gənclər Təşkilatının sədri Zaur Mamedovun, Konqresin mətbuat xidmətinin rəhbəri Elçin Şükürün və diospora üzvülərinn iştirakı ilə 28 May - Respublika Günü təntənəli şəkildə qeyd edildi. Tədbiri giriş sözü ilə Şimali Osetiya Respublikası Azərbaycan Konqresinin fəxri Prezidenti Şahin Məmmədov açaraq 1918-ci ilin bu günündə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışdı:

Şimali Osetiya – Alaniya Respublikasında 28 May - Respublika Günü qeyd olundu
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gər- 3 ginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.
Şimali Osetiya – Alaniya Respublikasında 28 May - Respublika Günü qeyd olundu
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verən Şahin Məmmədov Cümhuriyyətin müsəlman Şərqində ilk demokratik respublika olduğunu xatırladıb, XX əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanda sabitlik, tərəqqi və inkişaf təmin olunduğunu və görkəmli dövlət xadimi H.Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin cənablarının rəhbərliyi altında Azərbaycanın regionun lider dövlətinə çevrildiyini tədbir iştirakçılarının diqqətə çatdırdı.
Şimali Osetiya – Alaniya Respublikasında 28 May - Respublika Günü qeyd olundu
Şimali Osetiya Azərbaycan Konqresinin sədri Murtaza Gülməmmədov da həm XX əsrin əvvəllərində, həm də sonuncu dekadasında müstəqil Respublikanın yaranmasından tarixi inkişaf yolundan danışdı:
-1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.
Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş verib.
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Hazırladı: Elçin Şükür
Konqresin mətbuat xidmətinin rəhbəri

Son xəbərlər

Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Bütün xəbərlər