{category-title}

Azərbaycanda 6 işəgötürən barədə cinayət işi başlanılıb - Dövlət Agentliyi

 “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən 2018-ci ildə tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı keçirilmiş monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az şəxsi işə cəlb etmə ilə bağlı 84 işəgötürən üzrə pozuntu halı qeydə alınıb. Bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib”.

ONA-nın xəbərinə görə, bu, Dövlət Agentliyinin illik hesabatında öz əksini tapıb.

Sənəddə bildirilib ki, monitorinqlər zamanı 3990 nəfər yoxlanılıb və bu işçilərdən 946 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib.

Hesabatda qeyd olunub ki, ümumilikdə 84 işəgötürəndən 35 işəgötürən barədə inzibati xəta faktı təsdiq olunub: “Bu faktlar üzrə 527 000 manat həcmində inzibati cərimə tətbiq edilib. Əmək və ya xidməti müqavilə olmadan 10 nəfər və daha çox şəxsi işə cəlb etmə ilə bağlı 33 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Dövlət Agentliyi tərəfindən Baş Prokurorluğuna göndərilib. Ümumilikdə, 31-i hüquqi, 2-si isə fiziki şəxs olmaqla 33 işəgötürəndən 6 işəgötürən barədə cinayət işinin başlanmasına dair qərar qəbul edilib. Baş Prokurorluğa göndərilmiş digər 27 işəgötürən üzrə aşkar edilmiş əməldə Cinayət Məcəlləsinin müddəalarına görə cinayət məsuliyyətindən azad etmə üçün əsasların olması ilə əlaqədar cinayət işinin başlanılması rədd edilib. Eyni zamanda, bu işəgötürənlər üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış sosial sığorta haqları büdcəyə ödənilib. Büdcə ödənişlərinin bərpası ilə yanaşı, vergi sanksiyalarının tətbiqi məqsədilə qeyd edilmiş 27 işəgötürən üzrə materiallar Vergilər Nazirliyinə göndərilib. Vergilər Nazirliyi tərəfindən 468 000 manat həcmində vergi sanksiyası tətbiq edilib. Qeydə alınmış pozuntu halları üzrə ümumilikdə 1 007 000 manat məbləğində cərimə və sanksiya tətbiq olunub”.
 

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər