{category-title}

"Prezidentin 28 May mesajları milli birliyə çağırışdır" - RƏY

 “28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev bir sıra mühüm məsələlərə toxundu. Dövlət başçısı mövcud beynəlxalq münasibətləri təsvir edərkən ilk növbədə artan risklərə diqqət çəkdi”.

ONA-nın məlumatına görə, bunu Prezident İlham Əliyevin 28 May – Respublika Günü münasibətilə keçirdiyi rəsmi qəbulda çıxışına münasibət bildirən deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

H.Babaoğlu deyib ki, Prezident İlham Əliyev bu şərtlər fonunda mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycanın inkişaf tendensiyalarını önə çəkib: “Bir daha aydın oldu ki, hazırkı mürəkkəb tarixi mərhələdə də mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycanda həyata keçirilən siyasət doğrudur. Bu, Azərbaycanda həm sabitliyi, həm də inkişafı təmin edir. Düşünürəm ki, bu, çox mühüm bir mesajdır və əslində regional və beynəlxalq reallıqların ifadəsi idi. Milli maraqlarımız və dövlətçiliyimiz baxımından, gələcək perspektivdə inkişafımızla bağlı yeni əsaslar yaranır”.

Deputat dövlət başçısının çıxışında hazırda qlobal informasiya məkanında mövcud olan informasiya müharibələrinə diqqət çəkdiyini söyləyib: “Bu da “yumşaq güc” vasitəsilə aparılan müharibələr içərisində informasiya müharibəsinin hazırkı vəziyyətdə təsviri və təsbiti idi. Prezident qeyd etdi ki, Azərbaycan informasiya müharibəsinə cəlb edilib. Bu, doğrudan da hazırda qlobal müstəvidə beynəlxalq münasibətlərin iştirakçısı olan aktorlar arasında gedən müharibədir. Şübhəsiz ki, milli maraqlar hazırkı mərhələdə hər nə qədər “qaba güc” adlandırdığımız hərbi, iqtisadi və digər güc vasitələri ilə qorunursa, bir o qədər də "yumşaq güc" vasitələri ilə qorunur. Azərbaycanın milli informasiya məkanı bu mənada bir daha öz fəaliyyətində cazibə mərkəzi kimi dövlətçilik maraqlarını müəyyənləşdirməklə, informasiya müharibəsində də milli maraqlarımızı qorumalıdır. Düşünürəm ki, bu, həm ölkə daxilindəki informasiya resurslarının daşıyıcıları olan ictimai fəal fərdlərimizə verilən bir istiqamət, eyni zamanda bir çağırış idi. Bu, doğru qiymətləndirilməlidir. Azərbaycanın ictimai fəal fərdləri, informasiya resursları daim bu çağırışı öz fəaliyyətinin baş istiqaməti kimi müəyyənləşdirməklə, bütün imkanları milli maraqlarımız ətrafında səfərbər etməlidir”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev isə ONA-ya açıqlamasında deyib ki, Prezident İlham Əliyev mövcud beynəlxalq vəziyyəti, çağırışları nəzərə alaraq, 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı bir çox mesajlar verib: “Bu mesajlar ilk növbədə milli birliyə, indiki çətin geosiyasi bir dövrdə Azərbaycan xalqının bir yumruq kimi birləşməsinə bir çağırış idi. Çünki artıq dünyada yeni situasiyalar, Yaxın Şərq regionunda yeni münaqişə ocaqları yaranıb. Ona görə Azərbaycanın bugünkü sürətli inkişafını, gündən-günə güclənməsini, beynəlxalq aləmdə çəkisinin artmasını istəməyən qüvvələr fəallaşıb. Həmin qüvvələr bütün vasitələrdən istifadə edərək, Azərbaycanın inkişafının qarşısını almağa çalışırlar. Cəhd edirlər ki, ölkə daxilində xaotik bir vəziyyət yaratsınlar. Çünki bulanıq suda balıq tutmaq çox asan olur”.

Deputat qeyd edib ki, bu baxımdan dövlət başçısının mesajları çox əhəmiyyətlidir: “Hesab edirəm ki, artıq bəziləri də qarayaxma kampaniyalarından əl çəkəcəklər. Hər bir Azərbaycan vətəndaşı ilk növbədə başa düşməlidir ki, dövlətimizin ərazi bütövlüyünün qorunması, Azərbaycanın milli maraqları hər şeydən önəmlidir. Digər məsələlər nə qədər vacib olsa da, ikinci dərəcəlidir. Bu baxımdan hər Azərbaycan vətəndaşı bu istiqamətdə əlindən gələni etməlidir”.
 

Son xəbərlər

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Prezident Rusiyadadır

Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi

Bütün xəbərlər