{category-title}

Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib

 

28 May - Respublika Günü və UEFA Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə əlaqədar ölkəyə xarici qonaqlar və turistlərin gələcəyi, bir sıra bayram tədbirlərinin keçiriləcəyi, həmçinin respublikanın bölgələrinə səfər edən, istirahət zonalarına üz tutan vətəndaşların sayının artacağı və bununla da ümumi istifadədə olan avtomobil yollarında avtonəqliyyatın hərəkət intensivliyi gözlənilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qeyd edilənləri nəzərə alaraq, mayın 27-29-da agentliyin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının qorunmasına nəzarətin gücləndirilməsi, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi, baş verə biləcək yol nəqliyyat hadisələri zamanı yol infrastrukturuna dəymiş ziyanın və qəzanın nəticələrinin qısa müddətə aradan qaldırılması, vətəndaşlar tərəfindən edilmiş zənglərin operativ cavablandırılması, qeyd edilən müddət ərzində avtomobil yollarında nəzarətin həyata keçirilməsi məqsədilə AAYDA gücləndirilmiş iş rejiminə keçib.

Agentliyin aparatında və tabeliyindəki məhdud məsuliyyətli cəmiyyətlərdə mayın 27-29-da sutkalıq növbətçilik təşkil edilib. AAYDA-nın tabeliyində olan məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən balansda olan avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə, həmçinin yollarda və yol qurğularında ekstremal vəziyyət yarandığı hallarda agentliyin 012-599-79-75 nömrəli "qaynar xətt"inə və respublikanın aidiyyəti qurumlarına operativ şəkildə məlumat verilməklə zəruri tərbirlər görülməli, körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpasını və körpülər yerləşən ərazidə çay yataqlarının təmizlənməsi işlərinə nəzarət edilməli, yol nişanlarının, yol avadanlıqlarının, siqnal dirəklərinin eləcə də avtomobil dayanacaqlarının texniki vəziyyətinə baxış keçirilməklə nöqsanlar aradan qaldırılmalıdır.

"Qaynar xətt"ə daxil olan məlumatlar isə, öz növbəsində növbətçi və məsul növbətçilər tərəfindən operativ şəkildə qeyd olunub aidiyyəti üzrə çatdırılmalı və baş vermiş hadisələrin zərərli nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Son xəbərlər

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bütün xəbərlər