pressxeber.info
pressxeber.info

Millimizin üzvü İspaniyanın “Levante” komandası ilə müqaviləsini yeniləyib

24 dəfə baxılıb 25-05-2019, 15:54

 

Futzal üzrə Azərbaycan milli komandasının müdafiəçisi Everton Kardoso İspaniyanın “Levante” klubu ilə müqaviləsini yeniləyib.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a bildiriblər ki, millimizin üzvü daha 1 il İspaniya klubunda çıxış edəcək.

Ötən ilin yayında bu komandaya keçən Kardoso ilə müqavilə mayadək idi. Gəldiyi gündən komandanın əsas simasına çevrilən müdafiəçinin qalması üçün ona yeni anlaşma təqdim olunub. Nəticədə razılıq əldə olunub və Kardoso 2019-2020-ci il mövsümünü də “Levante”də keçirəcək.

Qeyd edək ki, 2016-cı ildən Azərbaycan milli komandasına cəlb edilən futzalçı 2016-2018-ci illərdə “Araz” klubunun üzvü olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi