{category-title}

 

Müasir mərhələdə Azərbaycan ilə İsrailin qarşılıqlı münasibətləri, o cümlədən Azərbaycan neftinin İsrail dövlətinə böyük həcmdə ixracı, iki ölkə arasında sıx hərbi-texniki əməkdaşlıq məsələləri möhkəm strateji xarakter daşıyır. İki dövlətin münasibətlərində insan amili də mühüm rol oynayır. Xalqlarımız arasında əsrlər boyu yaxşı, səmimi münasibətlər formalaşıb.

AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Odlar Diyarında səfərdə olmuş israilli jurnalist Daniel Tsemax İsrailin nüfuzlu İ24 telekanalında İsrail ilə Azərbaycan arasında münasibətlərin indiki səviyyəsi barədə danışıb.

İsrailli jurnalist deyir: “Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev İsrail-Azərbaycan münasibətlərinin səmimi xarakterini vurğulayaraq bizi – israilli jurnalistləri “Şalom ma nişma” sözləri ilə qarşıladı. Həqiqətən bu münasibətlər o dərəcədə səmimi və yaxındır ki müdafiə nazirinin müavini israilli jurnalistləri öz dəftərxanasında qəbul edirdi.

Biz Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə də görüşdük. O dedi: “Mənim fikrimcə, Azərbaycan-İsrail dövlətlərarası münasibətlərini başqa ölkələr üçün yaxşı nümunə hesab etmək olar. İslam dünyasının bir hissəsi olan Azərbaycan bu gün həm İsrail ilə, həm də dünyanın bir sıra başqa ölkələri ilə çox yaxşı, etimada əsaslanan konstruktiv münasibətlər yaradıb”.

D.Tsemax öz süjetində qeyd edir ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan sülhsevər ölkədir. Bu ölkənin eyni zamanda həm qardaş Türkiyə ilə müttəfiqlik münasibətləri, həm İranla, həm də İsrail ilə səmimi dostluq münasibətləri Azərbaycan rəhbərliyinin incə, çoxvektorlu xarici siyasətini təsdiq edir.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənov: “İsrail ilə bizim xüsusi strateji münasibətlərimiz var. Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir. Bizim yüksək səviyyəli siyasi dialoqumuz, sabit iqtisadi əlaqələrimiz var. İsrail ilə hərbi-texniki əməkdaşlıq sayəsində biz İsraildən ən müasir hərbi texnologiyaları alırıq, bu isə bizim hərbi qüdrətimizi möhkəmlətməyə imkan verir”.

Daniel Tsemax qeyd edir ki, Azərbaycan İsraili dünyada özünün dörd mühüm strateji tərəfdaşından biri hesab edir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb: “İsrail bizim hərbi sənaye kompleksinin inkişafında fəal iştirak edib. Biz İsrail xalqını və İsrail dövlətini yüksək qiymətləndiririk və onlara hörmət edirik. Biz bütün sahələrdə Azərbaycan-İsrail münasibətlərinin möhkəmləndirilməsi və dərinləşdirilməsi üzərində işi bundan sonra da davam etdirəcəyik”.

Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev jurnalistlərlə söhbətində vurğulayıb ki, Azərbaycanın arsenalında hava hücumundan müdafiə sistemindən başlamış pilotsuz uçuş aparatlarına qədər müasir İsrail silahları var. Bu yaxınlarda Ermənistanla silahlı münaqişədə Azərbaycan həmin silahlardan fəal şəkildə və uğurla istifadə edib.

General Kərim Vəliyev deyib: “Ermənistan ilə münaqişənin həll edilməməsi səbəbindən biz torpaqlarımızı işğaldan azad etməyə hazırlığı davam etdirməyə məcburuq. Doğrudur, qan tökülməsini heç kəs istəmir, lakin Ali Baş Komandan əmr verən kimi biz həmişə torpaqlarımızı azad etməyə hazırıq”.

Qeyd etmək lazımdır ki, sonuncu aprel döyüşləri zamanı Azərbaycan İsrailin hərbi texnologiyalarından real olaraq və uğurla istifadə edib.

Daniel Tsemax İsrailin nüfuzlu İ24 xəbər telekanalında İsrail-Azərbaycan münasibətlərinə həsr olunmuş süjetin sonunda deyir: “Bu gün Azərbaycan ilə İsrail arasında münasibətlər bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Artıq neçə ildir ki, israilli mütəxəssislər Azərbaycanda iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, aqrosənaye kompleksi və sənaye sahələrində çalışır, ən yeni texnologiya və avadanlığı tətbiq edirlər. Azərbaycan İsrail üçün çox böyük geostrateji və geosiyasi əhəmiyyət kəsb edir”.

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər